İran bir sıra ölkələrdən borclarını tələb edəcək

16 yanvar 2013 23:47
İran Neft Nazirliyi beynəlxalq missiyadakı sabiq diplomat Hüseyn Fərəhiyə bəzi ölkələrdən borcları yığmağı tapşırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Mehr News" agentliyi nazirliyin mətbuat katibi Əlirza Nikzada istinadən məlumat verir.
Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi vəzifəsindən geri çağırıldı, Avstraliyaya yeni səfiri təyin edildi

16 yanvar 2013 23:44
Prezident İlham Əliyev Eleonora Məcid qızı Hüseynovanın Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Fransada Qanlı 20 yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçiriləcəkdir

16 yanvar 2013 23:39
Xalqımızın müstəqillik və azadlıq yolundakı mübarizəsini boğmaq məqsədilə yanvarın 20-də ölkəmizə yeridilən sovet əsgərlərinin dinc əhaliyə qarşı tutduqları amansızlıqla bağlı Fransada silsilə tədbirlər keçiriləcəkdir.
Qırğızıstan Prezidenti Almazbek Atambayevin ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya ölkələri üzrə köməkçisi Robert Bleyklə görüşündə “Manas” aeroportunda məskunlaşmış ABŞ-ın Tranzit Daşımaları Mərkəzi ilə bağlı fikir mübadiləsi aparılmışdır
16 yanvar 2013 23:36
Qırğızıstan Prezidenti mətbuat xidmətinin verdiyi məlumata görə dövlət başçısı Almazbek Atambayev bu ölkədə işgüzar səfərdə olan Amerika Birləşmiş Ştatları dövlət katibinin Cənubi və Mərkəzi Asiya ölkələri üzrə köməkçisi Robert Bleyklə görüşmüşdür. Azərbaycan Milli Ensiklopediyasının A və B hərflərini əhatə edən ilk üç cildi yaxın vaxtlarda oxuculara təqdim olunacaqdır
16 yanvar 2013 23:34
Universal ensiklopediyanın növbəti cildləri üzərində də işlər davam etdirilir və 4-cü cild yaxın vaxtlarda işıq üzü görəcəkdir.
Azərbaycanda “Qırmızı kitab” yenidən nəşr olunur

16 yanvar 2013 23:30
Azərbaycanda 24 illik fasilədən sonra “Qırmızı kitab” yenidən işlənilmişdir.
2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olundu Prezident İlham Əliyev bu barədə Sərəncam imzaladı

16 yanvar 2013 23:23
2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olundu. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 16-da bu barədə Sərəncam imzaladı.
Azərbaycanla Ukrayna arasında mədəni əməkdaşlığın inkişafına növbəti töhfə

16 yanvar 2013 23:19
Yanvarın 15-də Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın və onun hazırda başçılıq etdiyi “Ukrayna” Fondunun Kiyevdəki iqamətgahında bu qurumun və Taras Şevçenko adına Milli Muzeyin dəstəyi ilə tanınmış Ukrayna rəssamı Leonid Litvinin əsərlərindən ibarət sərgi təşkil edilmişdir.
Lənkəranda “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Konstitusiya Qanununun qəbul edilməsinin 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir
16 yanvar 2013 23:14
Lənkəran Rayon Mərkəzi Kitabxanasında “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun qəbul edilməsinin 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Kanadanın Toronto Universitetinin nümayəndə heyəti Lənkəranda olmuşdur

16 yanvar 2013 23:10
Yanvarın 16-da Lənkəran Şəhər İcra Hakimiyyətində Kanadanın Toronto Universitetinin professoru Robert Austinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi keçiriləcəkdir

16 yanvar 2013 23:08
Yanvarın 16-da Prezident İlham Əliyev Azərbaycan poeziyasının inkişafına töhfələr vermiş şairə Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır.
Bakının “Azərreyl” voleybol komandası Çempionlar Liqası yarışlarında növbəti qələbə qazanmışdır

16 yanvar 2013 23:04
Yanvarın 16-da voleybolçu qadınlar arasında Çempionlar Liqası yarışlarının pley-off mərhələsinin ilk oyunları keçirilmişdir.
Hollandiyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaqdır

16 yanvar 2013 23:02
Baş qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən bildirmişlər ki, qurum 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş Qanlı Yanvar hadisələrinin 23-cü ildönümü ilə bağlı silsilə tədbirlərini davam etdirir.
Sloveniyanın “İSKRATEL” şirkəti ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır
16 yanvar 2013 23:00
AzTU-dan bildirmişlər ki, müqavilə qarşıdakı beş il ərzində tərəflərin birgə elmi-tədqiqat işləri aparmasını nəzərdə tutur. Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” və “Fəxri turizm işçisi” döş nişanları təsis ediləcəkdir

16 yanvar 2013 22:53
Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının qərarı ilə “Fəxri mədəniyyət işçisi” və “Fəxri turizm işçisi” döş nişanları haqqında Əsasnamə təsdiq edilmişdir.
FİFA-nın rəhbəri irqçiliyə görə komandaların xallarının ləğv olunmasını təklif etmişdir
16 yanvar 2013 22:49
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Yozef Blatter azarkeşləri irqçilikdə təqsirləndirilən komandaların xallarının ləğvi ilə cəzalandırmağı təklif edir.
Sloveniya Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlıqda maraqlıdır

16 yanvar 2013 22:44
Sloveniya Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır.
Bu sözləri Sloveniyanın Baş naziri Yanez Yanşa yanvarın 16-da Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumunda bildirmişdir.
On bir ay ərzində Azərbaycanın 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 milyard ABŞ dolları təşkil etmişdir
16 yanvar 2013 22:42
On bir ay ərzində Azərbaycanın 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 milyard ABŞ dolları, xarici ticarət saldosu isə müsbət 22,6 milyard dollar təşkil etmiş, qeyri-neft ixracı 11,2 faiz artmış, strateji valyuta ehtiyatları 46 milyard dollar olmuşdur. Bu da xarici dövlət borcundan təxminən 10 dəfə çoxdur.
Dövlət Baytarlıq Xidmətində 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilmişdir

16 yanvar 2013 22:36
Yanvarın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində (DBX) 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Nizami adına Ədəbiyyat İnstitutunda 20 Yanvar faciəsinin ildönümü qeyd olunacaqdır

16 yanvar 2013 22:31
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş xatirə tədbiri keçiriləcəkdir.