Xəbərlər

Azərbaycan Milli Ensiklopediyasının A və B hərflərini əhatə edən ilk üç cildi yaxın vaxtlarda oxuculara təqdim olunacaqdır
16 yanvar, 2013 23:34

 

Azərbaycan Milli Ensiklopediyasının A və B hərflərini əhatə edən ilk üç cildi yaxın vaxtlarda oxuculara təqdim olunacaqdır. 
Universal ensiklopediyanın növbəti cildləri üzərində də işlər davam etdirilir və 4-cü cild yaxın vaxtlarda işıq üzü görəcəkdir. 
25 min nüsxə tirajla çap olunan ensiklopediya ölkə kitabxanalarına, idarə, müəssisə və təşkilatlara paylanılacaqdır. Kitabın Almaniyada nəşrə hazırlanan əlavə 10 min nüsxəsi isə satış üçün nəzərdə tutulur. Ötən il həm də ensiklopediyanın 2007-ci ildə nəşr olunan Azərbaycan adlanan xüsusi cildinin rus dilində variantı da işıq üzü görmüşdür. 
Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin rəhbəri Tofiq Nağıyev demişdir ki, universal ensiklopediyanın ilk üç cildinin hər birində təxminən 2800-dən 3500-dək termin vardır və hər bir terminin elmi əsaslara söykənən izahı verilmişdir. Ümumiyyətlə isə ensiklopediyanın hələlik nəzərdə tutulan 20 cildi təxminən 120 mindən artıq termini əhatə edəcəkdir. 
Hazırda milli ensiklopediya üzərində Elmi Mərkəzin on redaksiyasının əməkdaşları, ümumilikdə, 110 nəfərdən artıq mütəxəssis çalışır. Respublikanın yüksək ixtisaslı elmi kadrları, nüfuzlu alim və tanınmış ziyalılar da bu işə yaxından kömək göstərirlər. 
Hazırda Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Akademiya şəhərciyində Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi üçün yeni bina inşa olunur. Burada əməkdaşların normal iş fəaliyyəti üçün bütün lazımi şərait yaradılacaqdır. Bütün bunlar dövlət başçısının elmin inkişafına və elm adamlarına göstərdiyi böyük qayğının daha bir nümunəsidir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.