Sloveniya Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlıqda maraqlıdır
16 yanvar, 2013 22:44
Sloveniya Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır.
Bu sözləri Sloveniyanın Baş naziri Yanez Yanşa yanvarın 16-da Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumunda bildirmişdir.
Baş nazir demişdir: “Ölkələrimiz arasında ticarət dövriyyəsini artırmaq üçün hər iki tərəf böyük potensiala malikdir. Hazırda Azərbaycan və Sloveniya İKT, tikinti və əczaçılıq sahələrində əməkdaşlıq edir. Biz Azərbaycan ilə emal sənayesi, logistika, elm, texnologiya və təhsil kimi sahələr üzrə əməkdaşlıqda maraqlıyıq”.
Bildirilmişdir ki, ötən il Sloveniyaya Azərbaycandan 13 min turist səfər etmişdir ki, bu da əvvəlki illə müqayisədə 70 faiz çoxdur.
Baş nazir, həmçinin Azərbaycanın Avropa İttifaqının enerji təchizatında mühüm rol oynadığını, Sloveniyanın ölkəmizlə bu sahədə də əməkdaşlıq etmək istədiyini qeyd etmişdir.