Sloveniyanın “İSKRATEL” şirkəti ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır
16 yanvar, 2013 23:00
Sloveniyanın “İSKRATEL” şirkəti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
AzTU-dan bildirmişlər ki, müqavilə qarşıdakı beş il ərzində tərəflərin birgə elmi-tədqiqat işləri aparmasını nəzərdə tutur. Sənəddə həmin müddətdə elm, texnika, təhsil sahəsində ekspertlərin hazırlanması, elmi-metodik konfransların keçirilməsi, təhsillə bağlı aktual problemlərin müzakirə edilməsi, hər iki tərəfdən alimlərin mühazirələrinin təşkili, tələbə mübadiləsi aparılması əksini tapmışdır.