Xəbərlər

Kanadanın Toronto Universitetinin nümayəndə heyəti Lənkəranda olmuşdur
16 yanvar, 2013 23:10

 

Yanvarın 16-da Lənkəran Şəhər İcra Hakimiyyətində Kanadanın Toronto Universitetinin professoru Robert Austinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
 görüşdə şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov Toronto Universitetinin dünya elminə böyük töhfələr verdiyini bildirmişdir. Bu universitetlə Azərbaycanın elm və təhsil ocaqlarının, o cümlədən Lənkəran Dövlət Universitetinin (LDU) əməkdaşlığı LDU-nun gələcək fəaliyyətində mühüm rol oynayacaqdır.
T.Qaraşov qonaqlara Lənkəran rayonunun qədim tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında məlumat verərək ölkəmizdə həyata keçirilən genişmiqyaslı proqram və layihələrdən, təhsil sahəsində həyata keçirilən islahatlardan söz açmış, Azərbaycanda turizmin inkişafı ilə bağlı hazırlanan proqramlardan danışmış, son bir ildə Lənkəran rayonuna 10 minə yaxın xarici turistin gəldiyini diqqətə çatdırmışdır. Dövlətimizin azərbaycanlı gənclərin bir sıra inkişaf etmiş xarici dövlətlərin universitetlərində təhsil almaları üçün xüsusi proqramların həyata keçirdiyini diqqətə çatdıran T.Qaraşov Toronto Universitetində hazırda 70 azərbaycanlı gəncin təhsil aldığını vurğulamış, onların gələcəkdə hərtərəfli biliyə malik olan mütəxəssislər kimi yetişəcəyinə əminliyini ifadə etmişdir.
Belə gözəl diyarda olmaqdan, dünya şöhrətli Lənkəran çayını içməkdən məmnunluğunu söyləyən professor Robert Austin səfərin əsas məqsədinin Toronto Universitetində təhsil alan tələbələrin Azərbaycanı yaxından tanımalarına xidmət etdiyini nəzərə çarpdırmışdır. Görüşdə Lənkəran rayonunun Boladi kəndində anadan olmuş, Kanada-Azərbaycan Araşdırmalar İnstitutunun təsisçisi, Kanadanın Vaterloo Universitetinin professoru İlham Axundov qeyd etmişdir ki, nümayəndə heyətinə daxil olan tələbələr arasında Azərbaycan təəssüratları haqqında iyirmi səhifəlik tezislər hazırlamaq nəzərdə tutulmuşdur.
Nümayəndə heyətinə daxil olan bir qrup tələbə Lənkəran Dövlət Universiteti ilə tələbə mübadiləsinin aparılması, geosiyasət, Azərbaycanın mədəniyyəti, beynəlxalq turizm əlaqələri, respublikada xarici investisiya qoyuluşu, qeyri-neft sektorunun inkişafı, Azərbaycanın Avropa ölkələri ilə əlaqələri barədə suallar vermişlər. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı T.Qaraşov sualları cavablandırmışdır.
Görüşün sonunda kanadalı qonaqlara hədiyyələr təqdim olunmuşdur.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.