Xəbərlər

Dövlət Baytarlıq Xidmətində 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilmişdir
16 yanvar, 2013 22:36

 

 Yanvarın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində (DBX) 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. 
Xidmətin mətbuat mərkəzindən bildirmişlər ki, əvvəlcə şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir. 
Tədbiri açan DBX-nin rəisi Sialə Rüstəmova faciə haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 20 Yanvar hadisələri, hər şeydən əvvəl, Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik idi. Azərbaycana bu hərbi müdaxilənin əsas zərbəsi milli azadlıq hərəkatını boğmaq, xalqımızı yenidən əsarət altında saxlamağa yönəlmişdi. 
DBX-nin rəisi vurğulamışdır ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxmış, Qanlı Yanvar faciəsini törədənləri cəsarətlə lənətləmiş və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb etmişdir. 
S.Rüstəmova ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan ətraflı bəhs etmişdir. 
Tədbirdə digər çıxış edənlər də 20 Yanvar faciəsindən ətraflı danışmış və bu faciənin dünya müstəvisində geniş işıqlandırılmasının vacibliyini önə çəkmişlər.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.