Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” və “Fəxri turizm işçisi” döş nişanları təsis ediləcəkdir
16 yanvar, 2013 22:53
Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının qərarı ilə “Fəxri mədəniyyət işçisi” və “Fəxri turizm işçisi” döş nişanları haqqında Əsasnamə təsdiq edilmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, kollegiyanın qərarına görə, yuxarıda qeyd olunan döş nişanlarının verilməsi üzrə 11 nəfərdən ibarət komissiya yaradılmışdır.
Nişanlar ildə altı dəfə - 30 yanvar - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Yaradılması Günü, 10 mart - Milli Teatr Günü, 28 May - Respublika Günü, 18 sentyabr - Milli Musiqi Günü, 27 sentyabr - Dünya Turizm Günü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günündə təqdim ediləcəkdir.