Bakının “Azərreyl” voleybol komandası Çempionlar Liqası yarışlarında növbəti qələbə qazanmışdır
16 yanvar, 2013 23:04
Yanvarın 16-da voleybolçu qadınlar arasında Çempionlar Liqası yarışlarının pley-off mərhələsinin ilk oyunları keçirilmişdir.
Azərbaycanı bu turnirdə təmsil edən “Azərreyl” və “Lokomotiv” komandaları növbəti matçlarına çıxmışlar. Püşkatmanın nəticəsi təmsilçilərimizi bir-biri ilə üz-üzə qoymuşdur.
“Azərreyl” komandası Azərbaycan Voleybol Mərkəzində “Lokomotiv”i “qəbul etmişdir.
Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə “Lokomotiv” birinci texniki fasiləyə 8:7 hesablı üstünlüklə çıxmışdır. Sonradan təşəbbüsü ələ alan “Azərreyl” komandası ikinci texniki fasiləyə 16:13 hesabı ilə ayrılmışdır. “Azərreyl”in voleybolçusu Meqan Hocun ardıcıl zərbələri qarşısında aciz qalan “Lokomotiv” ilk hissədə 20:25 hesabı ilə məğlub olmuşdur.
İkinci setə fəal başlayan “Azərreyl” ilk texniki fasiləni öz xeyrinə başa vurmuşdur – 8:4. Bu hissədə “Lokomotiv” blokda inamlı təsir bağışlasa da, Megan Hocun inamlı oyun nümayiş etdirməsi nəticəsində set 25:21 hesabı ilə “Azərreyl”in xeyrinə başa çatmışdır.
Maraqlı idman mübarizəsi şəraitində keçən üçüncü setdə “Azərreyl” komandasının voleybolçusu Sara Anzanella əzmkar oyunu ilə yadda qalmışdır. Bu hissədə də “Azərreyl” rəqibindən üstün olmuşdur – 25:22.
Beləliklə, “Azərreyl” komandası “Lokomotiv”i 3:0 hesabı ilə məğlub etmişdir. Görüşdə “Azərreyl”in idmançısı Megan Hoc 23, “Lokomotiv” komandasının voleybolçusu Aneta Havleçkova isə 17 xal toplamışlar.
Komandalar arasında cavab oyunu bir həftədən sonra Azərbaycan Voleybol Mərkəzində keçiriləcəkdir.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı