Azərbaycanın tranzit imkanları Pekində təqdim olunub01 mart 2017 11:42
Fevralın 28-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Azərbaycan Respublikası Yükdaşımalar üzrə Koordinasiya Şurasının təşəbbüsü və təşkilatçılığı ilə “Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi” forumu keçirilib.
IDEA-nın Heyvanlara Qayğı Mərkəzi fəaliyyətə başlayıb01 mart 2017 10:35
Martın 1-dən etibarən IDEA Heyvanlara Qayğı Mərkəzi (IACC) rəsmi olaraq fəaliyyətə başlayır. Mərkəzdə heyvanların rifahının təmin edilməsi üçün tələb olunan əsas şəraitin yaradılması üzrə hazırlıq işləri artıq başa çatdırılıb.
AZAL həlak olan hərbi qulluqçumuzun qohumları üçün təyyarəni əvəzləyib28 fevral 2017 22:41
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçu Tural Həşimlinin qohumlarının onu son mənzilə yola salmaları üçün xüsusi olaraq Bakı-Naxçıvan reysinin təyyarəsini daha da tutumlusu ilə əvəzləyib.
Mikayıl Müşfiqin büstünün sökülməsinə görə məsuliyyət daşıyan şəxslər cəzalandırılıb28 fevral 2017 22:22
Bakı şəhərinin Yasamal rayonu ərazisində İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma işləri zamanı 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin iş icraçısı “Azəravtoyol” ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü çıxarıb.
Şəhriyar Məmmədyarov Qran-pridə mükafatçı oldu28 fevral 2017 20:38
Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində FIDE-nin Qran-pri turnirinin birinci mərhələsi başa çatıb.
1news.az Azərtac-a istinadən xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov doqquzuncu turda dünya çempionu Hou İfana qalib gəlib. Çinli şahmatçı 32-ci gedişdə məğlub olub.
Mümkün doqquz xaldan 5,5 xal toplamış Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqrav (Fransa) və Aleksandr Qrişşukla (Rusiya) birlikdə ilk pillədə qərarlaşıb. Əlavə göstəricilərinə görə rusiyalı qrossmeyster turnirin qalibi olub, ikinci yerdə fransız şahmatçı, üçüncü yerdə azərbaycanlı qrossmeyster olub.
Onların ardınca Din Lijen, Maykl Adams, Dmitri Yakovenko, Hikaru Nakamura, Yan Nepomnyaşşi (hər biri 5 xal), Rixard Rapport, Pavel Elyanov, Li Çao, Fransisko Valyexo (hər biri 4,5 xal), Levon Aronyan, Hou İfan (hər biri 4 xal), Saleh Salim, Yon-Lüdviq Hammer, Yevgeni Tomaşevski (hər biri 3,5 xal), Aleksandr Ryazantsev (3 xal) gəlir.
FIDE-nın Qran-pri turnirinin növbəti mərhələsi mayın 11-dən 22-dək Moskvada keçiriləcək.
1news.az
Gömrük sərhədindən keçirilən mallara nəzarət gücləndirilir28 fevral 2017 19:16
Martın 1-dən etibarən Azərbaycan Prezidentinin 2008-ci il 22 aprel tarixli fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə dövlət başçısının 21 may 2016-cı il tarixli fərmanı ilə Dövlət Gömrük Komitəsinin üzərinə qoyulan vəzifələrin icrasına başlanılacaq.