Ucar rayonunda əhalinin kütləvi pulsuz tibbi müayinəsi ilə əlaqədar fevralın 15-dən başlanan kampaniya müvəffəqiyyətlə davam edir.
Rayon mərkəzi xəstəxanasından bildiriblər ki, Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu tədbir əhali tərəfindən böyük minnətdarlıqla qarşılanıb. İndiyədək 9219 nəfər hərtərəfli müayinədən keçib. 531 nəfəri ambulator, 9 nəfər stasionar müalicəyə cəlb olunub. 2 nəfər cərrahi əməliyyata cəlb edilib, 1 nəfər isə Bakı şəhərinə ixtisaslaşdırılan xəstəxanaya göndərilib.
Qeyd edək ki, əhalinin kütləvi pulsuz tibbi müayinəsi xüsusi həkim briqadaları tərəfindən qabaqcadan tərtib olunan qrafik əsasında aparılır. Ümumiyyətlə, müayinələr 30 yaşayış məntəqəsində aparılır.
Yaradılan xüsusi həkim briqadası ahıl və xəstə insanları evlərdə müayinə edirlər.
AZƏRTAC