Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub.
1news.az Azərtac-a istinadən xəbər verir ki, səmimi şəraitdə keçən görüşdə Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin 2015-ci ildə Azərbaycana səfəri məmnunluqla xatırlandı. Pakistan Prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıldığını bildirdi.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanın və Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyət göstərdikləri vurğulandı.
Söhbət zamanı regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olundu.
Sonra görüş geniş tərkibdə davam etdirildi.
1news.az