İtən sənədləri tapmaq asanlaşdı
28 fevral, 2017 23:53
"Azərpoçt" MMC poçt xidməti operatoru itirilmiş sənədlərin tapılması üzrə onlayn xidmət işə salıb.
1news.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə MMC-dən məlumat verilib.
Məlumata görə, pochtap.az ünvanında itirilmiş sənəd barədə məlumat və şəxsiyyəti təsdiq edən məlumatlar daxil edilir. Bu məlumatlar bazaya daxil edildikdən sonra sənəd tapılarsa, vətəndaş bu barədə bildiriş əldə edir.
Bu günədək bu xidmət vasitəsilə 34 sənəd tapılıb.
"Pochtap" xidməti ilə bağlı vətəndaşlar üçün "169" telefon dəstək xidməti fəaliyyət göstərir.
1news.az