Azərbaycanda “Baku Airport Freezone” yaradılıb
01 mart, 2017 11:00
Azərbaycanda “Baku Airport Freezone” MMC dövlət qeydiyyatına alınıb.
1news.az xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında qeyd olunub. Bildirilib ki, şirkət ötən il dekabrın 8-də Vergilər Nazirliyində qeydiyyatdan keçib.
Şirkətin qanuni təmsilçisi Dbila Jaouad Abdessalam adlı şəxsdir.
Qeyd edək ki, “Baku Airport Freezone” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev adına Beynəlxalq Hava limanında (“Silkway” şirkətinin binası) yerləşir.
1news.az