Xəbərlər

IDEA-nın Heyvanlara Qayğı Mərkəzi fəaliyyətə başlayıb
01 mart, 2017 10:35

Martın 1-dən etibarən IDEA Heyvanlara Qayğı Mərkəzi (IACC) rəsmi olaraq fəaliyyətə başlayır. Mərkəzdə heyvanların rifahının təmin edilməsi üçün tələb olunan əsas şəraitin yaradılması üzrə hazırlıq işləri artıq başa çatdırılıb.

1news.az-a IDEA İctimai Birliyindən verilən xəbərə görə, mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan mövcuddur.

IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulub. Keçən ilin sonunda Mərkəzin inşası başa çatdırılıb, 10 noyabr tarixində isə Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olub.

Son üç ay ərzində Mərkəzdə hazırlıq işlərinin aparıldığına baxmayaraq, baytarlıq klinikasının qapıları ictimaiyyət üçün açıq olub, heyvanların klinikada qəbul edilməsinin təşkil edilməsi işləri ilə paralel olaraq, Mərkəzin işçi heyəti tərəfindən artıq 200-dən artıq sahibsiz it və pişiklərə tibbi xidmət göstərilib.

IDEA Heyvanlara Qayğı Mərkəzi əlacsız vəziyyətdə olan bəzi heyvanları yerləşdirməklə yanaşı, sahibsiz heyvanlarla bağlı problemin həllində əsas diqqətini sterilizasiya, xəstəliklərin qarşısının alınması, eləcə də himayə, məsuliyyətli heyvan sahibliyi və heyvanlara humanist yanaşmanın təşviqinə yönəldəcək.

Mərkəzin baytarlıq klinikası həm küçə, həm də sahibli heyvanlara xidmət göstərəcək. Küçə heyvanları üçün bütün xidmətlər tamamilə pulsuzdur. Bununla bağlı, IACC bütün heyvansevərləri ətraflarında gördükləri it və pişikləri sterilizasiya, peyvəndləmə, cərrahiyə və ya müalicə üçün Mərkəzə gətirməklə küçə heyvanları populyasiyalarının idarə edilməsi üzrə səylərə töhfə verməyə çağırır.

IACC-nin CVNR (tut-peynəndlə-axtala-burax) proqramına gəldikdə, Mərkəzdə heyvanların tutulması üzrə xüsusi təlim keçmiş mobil qrup fəaliyyət göstərəcək, işçilər tərəfindən heyvanlar ən humanist üsullarla tutulacaq. Sterilizasiya edilmiş və peyvəndlənmiş itlərin qulaqlarına nömrələnmiş birkalar vurulacaq, pişiklər isə qulağın ucunun kəsilməsi ilə işarələnəcək. Bütün heyvanların profil və tibbi məlumatları IACC-nin xüsusi elektron məlumat bazasına daxil ediləcək.

Himayə bölməsində öz müxtəlif xüsusiyyətlərinə görə himayəyə verilməsi daha mümkün hesab edilən it və pişiklər yerləşdirilir. Bu heyvanlar sterilizasiya edilir, peyvəndlənir, mikroçiplənir və potensial sahibləri üçün tam hazır vəziyyətdə saxlanılır.

Mərkəz heyvanlara qulluq etməkdə kömək göstərməyə hazır olan, sahibsiz heyvanların vəziyyətinə biganə olmayan könüllüləri öz fəaliyyətinə cəlb edəcək.

Əlavə məlumat üçün IDEA Heyvanlara Qayğı Mərkəzi ilə telefon (+994 12 565 66 55), elektron poçt ([email protected]) və ya Facebook və Instagram (@ideacares.az) vasitəsilə əlaqə saxlamaq mümkündür.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.