“Sony” şirkəti dünyada ən sürətli yeni “SD” kartını satışa çıxarmağa hazırlaşır.
“SF-G” seriyalı kart martda 32, 64 və 128 giqabayt formatlarında əlçatan olacaq. Həmin “SD” kartı 300 Mb/s sürətində oxuma və yazma sürətinə malik olacaq. “Sony” şirkətinin məlumatına görə, “4K” formatından istifadə edən fotoqrafların ehtiyaclarını nəzərə alaraq belə parametrlər hazırlanıb.
Bu “SD” kartı yüksək təsvir ölçülü məzmunun çəkilişi və böyük tutumlu məlumatların kompüterə daşınması üçün uyğun variantdır. Şirkətin “USB 3.1 Gen1” interfeysi ilə uyğun olan yeni kart oxuyucusu bu məqsədə xidmət edir. Köhnə mexaniki sərt disklərin sahibləri yeni “SD card”ın bütün üstünlüklərindən yararlana bilməyəcək.
Yeni “SD” kartı “UHS-II” interfeysi ilə işləyir və yüksək sürətinə görə “Sony” şirkətinin proqram təminatına borcludur. Bu kartlar şirkətin bərpa proqramları ilə uyğundur, su keçirməzdir, temperatur fərqinə, zərbəyə və rentgen şüalanmasına qarşı dayanıqlıdır. “Sony” şirkəti hələ yeni kartların qiymətini açıqlamayıb.
ICTnews