Azərbaycanlı rejissorlar üçün xoş xəbər

10 yanvar 2013 18:28
Türkiyənin TRT dövlət telekanalı azərbaycanlı sənədli film rejissorlarını "TRT Sənədli Film Mükafatı 2013"-də iştirak etməyə dəvət edir. "flydubai" Səudiyyə Ərəbistanı üzrə aviareyslərin şəbəkəsini genişləndirir

10 yanvar 2013 18:27
Dubayın "flydubai" aviaşirkəti Səudiyyə Ərəbistanının Hail şəhərinə uçuşlara başlayıb. Bu barədə cümə axşamı aviaşirkətin yaydığı məlumatda deyilir.Sabahdan Azərbaycan ərazisində qar kəsiləcək

10 yanvar 2013 18:27
Sabahdan Azərbaycan ərazisində qar yağıntısının kəsiləcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib."Nabucco"nun səhmdarları və "Şahdəniz" layihəsinin tərəfdaşları saziş imzalayıblar

10 yanvar 2013 18:26
"Nabucco" qaz kəməri layihəsinin səhmdarları və Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə tərəfdaşlar cümə axşamı Sofiyada maliyyələşdirmə və sahiblik haqqında saziş imzalayıblar.Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 11,7 milyard dollara yaxınlaşıb

10 yanvar 2013 18:25
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmi 11,7 milyard ABŞ dolları səviyyəsinə yaxınlaşıb.Əlverişsiz hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib

10 yanvar 2013 18:24
Əlverişsiz hava şəraiti və qara baxmayaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması ilə bağlı problem yoxdur. “1 şagird:1 kompyuter” layihəsi çərçivəsində məktəblərə netbuklar müsabiqə yolu ilə veriləcəkdir

10 yanvar 2013 18:22
Təhsil Nazirliyi “1 şagird:1 kompyuter” müsabiqəsini elan etmişdir.
İki mərhələdə keçiriləcək müsabiqənin məqsədi informasiya-kommunikasiya texnologiyaları (İKT) əsaslı fərdiləşmiş təhsilin formalaşması, “1 şagird:1 kompyuter” layihəsi çərçivəsində netbukların daha səmərəli istifadəsinə hazır olan müəllimlərin və məktəblərin seçilməsindən ibarətdir.Bakıda keçirilən güləş üzrə beynəlxalq turnirin ilk yarımfinalçıları müəyyənləşmişdir

10 yanvar 2013 18:21
“ABU Arena” İdman Kompleksində Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir davam edir.Ceyms Bond üçün xüsusi bölüm yaradılacaqdır

10 yanvar 2013 18:20
Kinematoqrafiya Sənətləri və Elmləri Akademiyası fevralın 24-də keçiriləcək "Oskar" mükafatının təqdim olunması mərasimində bu il 50 yaşını qeyd edən Ceyms Bonda xüsusi bölüm ayrılacağını açıqlamışdır. “Azərbaycanın müdafiə silahları” kataloqu nəşr olunmuşdur

10 yanvar 2013 18:19
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi (MATM) tərəfindən hazırlanmış “Azərbaycanın müdafiə silahları” kataloqu işıq üzü görmüşdür.Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatmışdır

10 yanvar 2013 18:17
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 10-da qoşunların Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərq istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatmışdır. Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları

10 yanvar 2013 18:16
Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) yanvarın 9-da keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 dollar üçün 0,7856 AZN-ə bərabər olmuşdur. Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir Dəm qazından ehtiyatlı olun

10 yanvar 2013 18:14
Son zamanlar qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə alınmaqdadır. “Kəpəz” beş futbolçunu heyətindən kənarlaşdırmışdır

10 yanvar 2013 18:05
Qış fasiləsində Gəncənin “Kəpəz” klubu legionerlərlə yanaşı, beş yerli futbolçunu da heyətindən kənarlaşdırmışdır.Yığmamızın növbəti rəqibi müəyyənləşmişdir

10 yanvar 2013 18:04
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qarşılaşacağı növbəti komanda müəyyənləşmişdir.Cüdo üzrə Bakı şəhər açıq birinciliyi başa çatmışdır

10 yanvar 2013 18:02
Şağan Olimpiya İdman Kompleksində 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə keçirilən Bakı şəhər açıq birinciliyi başa çatmışdır.Bakı yol polisi gücləndirilmiş iş rejiminə keçib

10 yanvar 2013 11:40
Bakıdakı qeyri-sabit hava şəraiti ilə bağlı paytaxtın yol polisi gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.Bakıda əsaslı təmirdən sonra avtomobil yolu istismara verilib

10 yanvar 2013 11:37
Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC Bakının Nizami rayonunda Elşən Süleymanov küçəsinin əsaslı təmirini başa çatdırıb. Bu barədə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.Qırğızıstanda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçiriləcədir

10 yanvar 2013 09:55
Azərbaycanın Qırğızıstandakı səfirliyi, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF) və Qırğızıstandakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi İctimai Birliyi yanvarın 18-də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı birgə tədbir keçirəcəklər.