Xəbərlər

Azərbaycanlı rejissorlar üçün xoş xəbər
10 yanvar, 2013 18:28

 

Türkiyənin TRT dövlət telekanalı azərbaycanlı sənədli film rejissorlarını "TRT Sənədli Film Mükafatı 2013"-də iştirak etməyə dəvət edir. Bu barədə kanalın Bakı təmsilçiliyindən cümə axşamı bildirilib.

Qeyd olunur ki, bütün dünyadan televiziyalarda çalışan sənədli film rejissorları TRT Sənədli film mükafatı üçün toplanacaqlar.

Həvəskar və peşəkar sənədli film rejissorlarını dəstəkləyərək, müxtəlif ölkələrdən fərqli və yüksək keyfiyyətli sənədli filmləri tamaşaçıya təqdim etmək və dünyanın hər tərəfindən sənədli film rejissorları ilə görüşüb fikir mübadiləsi aparacaq bir layihə hazırlamaq məqsədilə təşkil edilən mükafat üçün müraciətlər ötən il noyabrın 1-dən başlanılıb.

TRT Bakı nümayəndəsi Yüksel Değercan Azərbaycanda da çox sayda sənədli film rejissorlarının olduğunu nəzərə alaraq, Azərbaycan sənədli film rejissorlarını TRT Sənədli film mükafatı almağa dəvət edir.

Milli və Beynəlxalq kateqoriyalarda reallaşdırılan TRT Sənədli film mükafatlarında ilk yarımfinalı keçən filmlər İstanbulda 9-13 may tarixlərində təşkil ediləcək TRT Sənədli Film Günlərində final gecəsində təqdim ediləcək. Müraciətlər 25 yanvar tarixinədək qəbul olunacaq. Müraciətlər TRT-nin internet saytı www.trt.net.tr ünvanı vasitəsi ilə də qəbul olunur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.