Xəbərlər

“Azərbaycanın müdafiə silahları” kataloqu nəşr olunmuşdur
10 yanvar, 2013 18:19

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi (MATM) tərəfindən hazırlanmış “Azərbaycanın müdafiə silahları” kataloqu işıq üzü görmüşdür.
MATM-dan bildirmişlər ki, nəşrin müəllifi tarix üzrə fəlsəfə doktoru S.Vahabova, məsul redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. 
Kataloqda silahlar və bayraqlar fondunda qorunan müdafiə silahları əksini tapmışdır. Onların arasında Azərbaycanda istehsal olunmuş silahlar çoxluq təşkil edir. Bu silahların tədqiqi Azərbaycan hərb sənəti və sənətkarlığı tarixinin indiyədək elmə məlum olmayan səhifələrinin müəyyənləşdirilməsi və geniş ictimaiyyətə təqdim olunması işini asanlaşdırır. 
Kataloqda müxtəlif növ qalxan, dəbilqə, çahar-ayna, zireh, qolçaq, ayaqlıq kimi müdafiə silahları haqqında ətraflı məlumat verilmiş, eyni zamanda hər silah nümunəsinin inventar nömrəsi, düzəldilmə materialı, dövrü göstərilmişdir. Burada silahların fotoşəkilləri də yer almışdır.
Yüksək bədii tərtibata malik “Azərbaycanın müdafiə silahları” kataloqu oxuculara Azərbaycan və ingilis dillərində təqdim olunmuşdur.
Xəbər verdiyimiz kimi, muzeyin sərgi salonunda açılmış “Torpağa sancılmış qılınc” mövzusunda silah sərgisi yanvarın 15-dək davam edəcəkdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.