“ABU Arena” İdman Kompleksində Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir davam edir.
Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda ilk yarımfinalçılar müəyyənləşmişdir. Turnirin yarımfinal mərhələsində Coşqun Məmmədov (50 kq) Məhəmməd Abdullayevlə, Mahir Əmiraslanov Palvonazar Yusupovla (Özbəkistan) qarşılaşacaqlar.
Yarışda 85 kiloqram çəki dərəcəsində yarımfinal görüşləri Cavid Sadıqov–Abdul İbrahimov (Rusiya), Orxan Həsənov-Turxan Qurbanov arasında keçiriləcəkdir. 42 kiloqram çəki dərəcəsində finala yüksələcək güləşçilərin adları Fərrux Əliyev-Gulamdjon Abdullayev (Özbəkistan), Nəriman Əhmədov–Orxan Abbasov qarşılaşmasından sonra müəyyənləşəcəkdir.