Kinematoqrafiya Sənətləri və Elmləri Akademiyası fevralın 24-də keçiriləcək "Oskar" mükafatının təqdim olunması mərasimində bu il 50 yaşını qeyd edən Ceyms Bonda xüsusi bölüm ayrılacağını açıqlamışdır.
Mükafatlandırma mərasiminin prodüserliyini öhdəsinə götürən Kreiq Zadan və Neil Mero ingilis yazıçısı İan Fleminqin məşhur casusu Ceyms Bondun macəralarının ağ pərdəyə çıxmasının 50-ci ildönümü üçün xüsusi nümayiş hazırladıqlarını söyləmişlər.
Zadan və Mero Ceyms Bond filmlərinin tarixdəki ən uzun davamlı bir ekran əsəri olduğunu və qlobal fenomenə çevrildiyini bildirmişlər. Ceyms Bondun oktyabrda nümayiş olunan son “Skyfall” filmi dünyada 1 milyard kassa hasilatına çataraq indiyə qədərki ən müvəffəqiyyətli Bond filmi olmuşdur.
Deniel Kreiqin üçüncü dəfə Bond olaraq kamera qarşısına keçdiyi filmin “Oskar”a namizəd göstərilib-göstərilməyəcəyi isə hələlik bilinmir.