Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatmışdır
10 yanvar, 2013 18:17
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 10-da qoşunların Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərq istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatmışdır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Yevgeni Şarov keçirmişlər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov nəzarət etmişlər.