Xəbərlər

“1 şagird:1 kompyuter” layihəsi çərçivəsində məktəblərə netbuklar müsabiqə yolu ilə veriləcəkdir
10 yanvar, 2013 18:22

 

Təhsil Nazirliyi “1 şagird:1 kompyuter” müsabiqəsini elan etmişdir.
İki mərhələdə keçiriləcək müsabiqənin məqsədi informasiya-kommunikasiya texnologiyaları (İKT) əsaslı fərdiləşmiş təhsilin formalaşması, “1 şagird:1 kompyuter” layihəsi çərçivəsində netbukların daha səmərəli istifadəsinə hazır olan müəllimlərin və məktəblərin seçilməsindən ibarətdir. Müsabiqə üzrə məlumatlar www.musabiqe.edu.az veb-səhifəsində yerləşdirilmişdir. Müsabiqədə iştirak etmək istəyənlər fevralın 8-dək layihə təqdim edə bilərlər.
Müsabiqə çərçivəsində qalib gəlmiş hər bir müəllimin dərs dediyi sinifdə şagirdlərin sayı qədər netbuk alacaqdır.
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədovun sözlərinə görə, məktəblərə netbukların verilməsinin müsabiqə formatına keçirilməsi Azərbaycanın təhsil sistemində ilk təcrübədir. Bu format “1 şagird:1 kompyuter” layihəsi çərçivəsində texnologiyalara daha böyük maraq göstərən təhsil müəssisəsinə netbukların verilməsini və müəllimlərin İKT biliklərinin tədrisini yaxşılaşdırmasını nəzərdə tutur. Layihə çərçivəsində verilən netbukların sayı məhdud olduğu üçün Təhsil Nazirliyi müsabiqə formatı barədə qərar vermişdir. Təcrübə uğurlu olarsa, sayı məhdud olan digər texnoloji avadanlığın da müsabiqə yolu ilə məktəblərə verilməsi istisna deyildir.
“1 şagird:1 kompyuter” layihəsi çərçivəsində Azərbaycanın 15 ümumtəhsil müəssisəsinə artıq 2 min 77 netbuk verilmişdir. Şagirdlər bu netbuklardan həm məktəbdə, həm də evdə istifadə edirlər. Netbuklar, həmçinin genişzolaqlı simsiz internet modemləri və təhlükəsiz İnternet paketi ilə təchiz olunmuşdur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.