Xaçmaz rayonunun daha 2 kəndinə təbii qaz verilib

05 fevral 2013 22:14
Bu gün Xaçmaz rayonunun Çuxuroba və Maşıoba kəndlərinə təbii qazın verilişinin bərpa olunması münasibətilə tədbir keçirilib.Azərbaycanda sürət qatarı fəaliyyət göstərəcək

05 fevral 2013 22:12
Böyük Bakının Regional İnkişaf Planı layihəsinə görə, 2030-cu ildə Abşeron yarımadası ərasizində sürət dəmiryol xəttinin çəkilişi nəzərdə tutulub.
İran 2015-ci ilədək kosmosa insan göndərmək istəyir

05 fevral 2013 22:10
İranın kosmosa insan göndərməsi üçün ona yaxın son dərəcə vacib texnologiyanı hazırlaması tələb olunur. Bu barədə İranın Aerokosmik Tədqiqatlar İnstitutunun rəhbəri Məhəmməd İbrahimi bəyan edib. İran və "altılıq" ölkələri arasında danışıqların tarixi açıqlanıb

05 fevral 2013 22:09
İran və "altılıq" ölkələri arasında nüvə proqramı üzrə danışıqların növbəti raundu fevralın 26-da Qazaxıstanda keçiriləcək.Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə yığımlar 11 milyon dollara çatıb

05 fevral 2013 22:07
2013-cü il fevralın 4-nə olan məlumata əsasən, "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemi"ndə İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən müvafiq icbari sığorta növü üzrə ümumilikdə 5794 sığorta tələbi qeydiyyata alınıb."Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında qanunun tətbiqinə başlanılır

05 fevral 2013 22:06
Prezident İlham Əliyev "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" qanunda dəyişiklik edilməsi haqqında" 2012-ci il 28 dekabr tarixli 529-IVQD nömrəli qanunun tətbiqi barədə fərman imzalayıb.İvanişvili yerli azərbaycanlıların maksimum inteqrasiyasının tərəfdarıdır

05 fevral 2013 22:04
Gürcüstanın Baş naziri Bidzina İvanişvili ölkədə yaşayan yerli azərbaycanlıların maksimum inteqrasiyasının tərəfdarıdır."Dövlət sərhədi haqqında" qanunda dəyişikliklər tətbiq edilir

05 fevral 2013 22:03
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" 2012-ci il 28 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb."Muğam aləmi" III Beynəlxalq Muğam Festivalının keçirilməsinə dair tədbirlər planı təsdiq edilib

05 fevral 2013 22:01
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalının keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib.Yanvar ayında Azərbaycanda istehlak inflyasiyası 1,2 faiz təşkil edib

05 fevral 2013 22:00
2013-cü ilin yanvar ayında ərzaq məhsullarının qiymətlərinin 0,6 faiz, qeyri-ərzaq mallarının 0,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin əvvəlki ayla müqayisədə 3 faiz bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 1,2 faiz bahalaşmasına səbəb olub.Çelsi Kapital" yenidən brokerlərin renkinqinə başçılıq edib

05 fevral 2013 21:57
2013-ci ilin yanvar ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "Çelsi Kapital" başçılıq edib; şirkət ümumi dəyəri 32,96 manat olan broker xidmətləri göstərib.Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyəti Koreya və Sinqapura səfər edib

05 fevral 2013 21:55
Azərbaycan Diplomatik Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayevin başçılıq etdiyi nümayəndə heyəti Asiyanın aparıcı universitetləri ilə Azərbaycan Diplomatik Akademiyası arasında münasibətləri inkişaf etdirmək məqsədi ilə Koreya Respublikası və Sinqapura bir həftəlik səfər edib.Terminologiya Komissiyası: “İnformatika” dərsliklərində bır sıra terminlər Azərbaycan dilində verilməyib

05 fevral 2013 21:53
Azərbaycanın orta məktəblərində istifadə edilən "İnformatika" dərsliklərində müəyyən dil qanunları pozulub, bır sıra terminlər Azərbaycan dilində verilməyib.Qazax rayonunda qazın verilişi məhdudlaşdırılacaq

05 fevral 2013 21:50
Təmir işləri ilə əlaqədar olaraq fevralın 5-də saat 11:00-dan 18:00-dək "Qazax" Qazpaylayıcı Stansiyasından və "Ağköynək" Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən qərar qəbul edib

05 fevral 2013 21:49
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Prezident İlham Əliyevin bu ilin oktyabrında keçiriləcək Azərbaycan prezidentliyinə seçkilərdə namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul edib.Bakıxanov qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

05 fevral 2013 21:47
İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X.Xasməmmədov küçəsindən keçən uzun müddətdir istismarda olan 355 mm diametrli çuqun borulardan ibarət 1200 metrlik magistral su xətti polietilen borularla əvəzlənib.Serbiya Prezidentinin Azərbaycana səfəri zamanı dörd sənəd imzalanacaq - səfir

05 fevral 2013 21:45
Serbiya Prezidenti Tomislav Nikoliçin fevralın 7-9-da Azərbaycana səfəri zamanı ikitərəfli əməkdaşlığa dair dörd sənədin imzalanması nəzərdə tutulub.Prezident İlham Əliyev "Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıb

05 fevral 2013 21:44
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıb.Azərbaycanda Terminologiya Komissiyasının icazəsi olmadan lüğət və sahəvi ensiklopediyalar çap etdirənlər məsuliyyətə cəlb olunacaqlar

05 fevral 2013 21:42
Azərbaycan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının müvafiq qərarı olmadan lüğət və sahələr üzrə ensiklopediyalar hazırlayaraq çap etdirən insanlar məsuliyyətə cəlb olunacaqlar.Azərbaycanda ipoteka kreditləşməsinin həcmi 0,5 milyard dolları ötüb

05 fevral 2013 21:39
Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2013-cü ilin yanvarında 1,7 milyon manat məbləğində kredit verilib ki, bu ipoteka kreditləşməsinə yönəlmiş vəsaitlərdən 17,9 faiz azadır.