Xəbərlər

Terminologiya Komissiyası: “İnformatika” dərsliklərində bır sıra terminlər Azərbaycan dilində verilməyib
05 fevral, 2013 21:53

 

Azərbaycanın orta məktəblərində istifadə edilən "İnformatika" dərsliklərində müəyyən dil qanunları pozulub, bır sıra terminlər Azərbaycan dilində verilməyib. Bunu çərşənbə günü Azərbaycan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, bu problem orta məktəblərin 1-ci sinfindən 11-ci sinfinədək olan bütün "İnformatika" dərsliklərində müşahidə edilir.

"Dərsliklərdə elə sözlər var ki, onları I sinif şagirdləri deyil, hec böyük adamlar da başa düşmürlər. Onunla bağlı bizə müraciətlər edilib. Həmin müraciətlər qruplaşdırılaraq komissiyanın işçi qrupları tərəfindən müzakirə ediləcək. Dərsliklərin müəllifləri də müzakirələrə dəvət ediləcək, onlarla görüşlər keçiriləcək",- komissiyasının sədr müavini deyib.

Bu məsələlərin komissiya tərəfindən müzakirə ediləcəyini bildirən Sadıqovanın sözlərinə görə, dərsliklərdə terminlər anlaşıqlı, ədəbi dil normalarına riayət olunmaqla verilməli olsa da, bəzi ali məktəb dərslikləri həddindən artıq ağır terminlərlə yüklənib. Həmin terminlərin mənasını tələbələr başa düşmürlər. Bunun üçün də kitabda həmin terminlərin izahı verilməlidir.

Sadıqova deyib ki, artıq Terminologiya Komissiyasının 17 müxtəlif bölməsi formalaşdırılıb, bölmələrinin rəhbərləri və üzvləri təsdiqlənib. Komissiyada işçi qruplar yaradıldıqdan sonra dərsliklərlərdə, eyni zamanda mətbuatda, televiziyalarda terminlərin işlədilməsi, ümumiyyətlə, ədəbi dilin işlənmə məsələsini araşdırmaq üçün monitorinqlərə başlanacaq.

"Televiziyalarda ilk növbədə aparıcıların intonasiyası, diksiya, dil normalarının qorunması məsələsinə baxılacaq. Səhvlər olduqda bununla bağlı televiziya və proqram rəhbələrinə müraciət ediləcək. İşçi qruplar televiziyada intonasiya, sözlərin işlənməsinə baxımından Bədii Şuraların işinə birbaşa nəzarət edəcəklər",-Sadıqova əlavə edib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.