Xəbərlər

"Muğam aləmi" III Beynəlxalq Muğam Festivalının keçirilməsinə dair tədbirlər planı təsdiq edilib
05 fevral, 2013 22:01

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalının keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib. Sənəddə müvafiq dövlət qurumlarına festival çərçivəsində "Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu" mövzusunda beynəlxalq elmi simpoziumun, muğamın solo və instrumental ifaları üzrə respublika və beynəlxalq müsabiqələrin təşkili və keçirilməsi ilə bağlı məsələləri həll etmək barədə müvafiq tapşırıq verilib.

Həmçinin festival çərçivəsində keçiriləcək tədbirlərdə Azərbaycan elmi və mədəni ictimaiyyəti nümayəndələrinin, eləcə də gənclərin iştirakının təmin olunması, festivalın keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi və tərtibatı, rəsmi açılış və bağlanış mərasimlərinin təşkili, festivalla əlaqədar çap və reklam materiallarının (proqramlar, bukletlər, dəvətnamələr və s.) hazırlanması da tədbirlər planına daxil edilib. Eyni zamanda, festivalın xarici iştirakçılarının Azərbaycan Respublikasına gəlmələri üçün uyğun şəraitin yaradılması, o cümlədən vizaların rəsmiləşdirilməsinin sürətli təmin olunması, festival çərçivəsində keçiriləcək "Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu" mövzusunda beynəlxalq elmi simpoziumun işində tərcümənin təşkili və iclas zallarının müvafiq zəruri avadanlıqla təmin edilməsi üçün aidiyyəti qurumlar müəyyənləşib.

Festivalın yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasına şərait yaradılması, Bakı şəhərində festivala dair müvafiq məlumat lövhələrinin quraşdırılması, nəqliyyat, regionlarda konsertlərin təşkili məsələlərini həll etmək də müvafiq qurumlara tapşırılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.