Xəbərlər

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə yığımlar 11 milyon dollara çatıb
05 fevral, 2013 22:07

 

2013-cü il fevralın 4-nə olan məlumata əsasən, "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemi"ndə İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən müvafiq icbari sığorta növü üzrə ümumilikdə 5794 sığorta tələbi qeydiyyata alınıb.

 Büronun saytına istinadən verdiyi məlumata görə, qeydiyyata alınmış sığorta tələblərindən 5373-ü üzrə sığorta ödənişləri həyata keçirilib, 34 sığorta tələbi üzrə sığorta ödənişi verilməsindən imtina olunub, 177 sığorta tələbi isə hazırda baxılma mərhələsindədir.

Sığorta tələbləri üzrə həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği isə 8,5 milyon manata yaxın olub.

2013-cü ilin yanvar ayında İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 49,4 mindən çox sığorta müqaviləsi bağlanılıb ki, bunların da 19,2 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edib.

2013-cü il yanvar ayı ərzində bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə ümumilikdə 3,6 milyon manat olub.

Ötən ilin yanvar ayı ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanmış müqavilələrinin sayında 53 faiz artım olub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.