Xəbərlər

İvanişvili yerli azərbaycanlıların maksimum inteqrasiyasının tərəfdarıdır
05 fevral, 2013 22:04

 

Gürcüstanın Baş naziri Bidzina İvanişvili ölkədə yaşayan yerli azərbaycanlıların maksimum inteqrasiyasının tərəfdarıdır.

"Azərbaycanlılar Gürcüstanın bərabərhüquqlu vətəndaşlarıdır və təkcə yerli hakimiyyət orqanlarının rəhbər vəzifələrində deyil, həm də nazir və s. postlarda çalışmalıdırlar",  Bu barədə çərşənbə axşamı İvanişvili jurnalistlərə deyib.

"Azərbaycanlıların kompakt yaşadıqları regionda belə, yerli administrasiyalarda rəhbər vəzifə tutmaması ilə bağlı vəziyyət dözülməzdir və biz Gürcüstanda etnik azərbaycanlıların heç bir məhdudiyyət olmadan ölkə vətəndaşlarının bütün hüquqlarından istifadə edə bilmələri üçün hər cür şərait yaradacaq", - o qeyd edib.

Onun sözlərinə görə, seçkiqabağı dövrdə azərbaycanlılarla çox görüşüb.

"Azərbaycanlılar səmimi və əməksevər xalqdır və biz həmin insanların inteqrasiyası üçün hər şey etməliyik. Bu, onların ölkəsidir və onlar gürcülərin istifadə etdikləri hüquqlardan yararlanmalıdırlar", - İvanişvili vurğulayıb.

Baş nazir, həmçinin azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə məcburi alınan torpaqları sahiblərinə qaytaracağını vəd edib.

"Bu proses hazırda başlayır və biz hər şeyi ədalətli həll edəcəyik. Bilirəm ki, azərbaycanlılar torpaqlar özəlləşdirilərkən haqsız olaraq incidiliblər", - o bildirib.

İvanişvili Bakıya səfərini xatırlayaraq deyib ki, orada çox səmimi görüşlər keçirib.

"Biz münasibətlərimizin inkişafına istiqamət almışıq, belə ki, Azərbaycan bizə yaxın və dost ölkədir", - o deyib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.