Xəbərlər

Azərbaycanda Terminologiya Komissiyasının icazəsi olmadan lüğət və sahəvi ensiklopediyalar çap etdirənlər məsuliyyətə cəlb olunacaqlar
05 fevral, 2013 21:42

 

Azərbaycan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının müvafiq qərarı olmadan lüğət və sahələr üzrə ensiklopediyalar hazırlayaraq çap etdirən insanlar məsuliyyətə cəlb olunacaqlar. Bunu  Komissiyasının sədri müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, bununla bağlı komissiya ölkədə fəaliyyət göstərən bütün ali məktəb rektorlarına, elmi-tədqiqat institutlarının direktorlarına məktubla müraciət etməyə hazırlaşır.

"Lüğətlər stolüstü kitablardır. istənilən ali məktəb müəllimi, institut işçisi lüğət hazırlayır və onlar özləri həmin lüğətləri heç bir müzakirədən keçmədən, heç bir qərar olmadan çap etdirirlər. Buna görə də TK-nın qərarı olmadan lüğətlər nəşr olunarsa və yaxud sahələr üzrə ensiklopediyalar hazırlanarsa, həmin şəxslər əsasnaməyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar",-Sadıqova deyib.

O əlavə edib ki, terminoloji lüğətlər və sahələr üzrə ensiklopediyalar özbaşına nəşr olunmamalıdır. Komissiyanın ən böyük məqsədi də buna nail olmaqdır.

Komissiyanın sədr müavini bildirib ki, lüğətlərin, ensikpolediyaların özşabaşına çap edilməsi həmin şəxslərin prezidentin sərəncamına riayət etməməsi deməkdir.

"Bundan böyük qınaq ola bilməz. Prezident sərəncam evrib ki, bu lüğətlər və ensiklopediyalar TK-dan keçməlidirlər. Hər bir şəxs özü müstəqil oturub lüğət yazıb çap etdirə bilməz. Məsələn, iqtisadiyyatın əsasları"baxırsan satışda var. Ancaq baxırsan ki, kitabın icində lüğət var. Kitab "iqtisadiyyatın əsasları" adlanırsa, o, nəzəri kitab olmalıdır",-Sadıqova deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.