Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2013-cü ilin yanvarında 1,7 milyon manat məbləğində kredit verilib ki, bu ipoteka kreditləşməsinə yönəlmiş vəsaitlərdən 17,9 faiz azadır.bu barədə çərşənbə axşamı AİF-in statistik hesabatında deyilir.
2012-ci ildə bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 91,15 milyon manat təşkil edib. İl ərzində AİF 36 milyon manat həcmində istiqrazlar yerləşdirib.
AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər - 421,89 milyon manatdan çox (2012-ci ildə 74,77 milyon manat, 2011-ci ildə 95,64 milyon manat, 2010-cu ildə 97,08 milyon manat, 2009-cu ildə 76,9 milyon manat, 2007-ci ildə 70,2 milyon manat, 2006-cı ildə 5,6 milyon manat) ipoteka krediti ayrılıb.
2013-cü ilin yanvarında banklar tərəfindən əvvəl verilmiş kreditlərin təkrar maliyyələşdirilməsinin ümumi həcmi 2,68 milyon manat (2012-ci ilin analoji dövrünün gösətəricisindən 42,86 faiz az) təşkil edib. İlin birinci ayında AİF ötən ilin yanvarındakı 23 milyon manata qarşı səkkiz milyon manat həcmində istiqraz yerləşdirib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı