Xəbərlər

Serbiyada ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert və fotosərgi keçirilib
27 aprel 2013 21:53
Azərbaycanın Serbiyadakı səfirliyi və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bu şəhərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq, tanınmış Azərbaycan, serb və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət konsert və ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi keçirilib.
"Bayern"dən daha bir rekord
27 aprel 2013 21:52
2013-cü ildə Bundesliqada bütün oyunlarda qələbə qazanan Münhenin "Bayern" klubu 31-ci turda "Frayburq"u 1:0 məğlub edərək xallarını 84-ə çatdırmaqla liqa tarixində bir mövsüm ərzində ən çox xal toplayan komanda oldu.
İtaliyada yeni hökumət quruldu
27 aprel 2013 21:51
İtaliya Prezidenti Ciorcio Napolitano iki gün əvvəl hökuməti formalaşdırmaq tapşırığı verdiyi Enriko Lettadan Nazirlər Kabinetinin siyahısını qəbul edib.
Dünya Azərbaycanlı Gənclər Birliyi Mərkəzi Şurasının iclası öz işini davam etdirir
27 aprel 2013 21:50
Aprelin 27-də Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının iclası öz işinə başlayıb. İclasda 40 ölkədən 70-dən çox təşkilat rəhbərləri və üzvləri iştirak edir.
Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri "ASAN xidmət" mərkəzində olub
27 aprel 2013 21:49
Azərbaycanda səfərdə olan Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin rəhbəri Alixan Baymenov Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
Prezident İlham Əliyev Bakıda yeni istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub
27 aprel 2013 21:48
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 27-də paytaxtın Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa olunan yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur.
Prezident İlham Əliyev: Zərifə Əliyeva Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə təcəssüm etdirirdi
27 aprel 2013 21:47
Aprelin 27-də Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Cənubi Afrikada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
27 aprel 2013 21:46
Cənubi Afrika Respublikasının inzibati paytaxtı Pretoriyada Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir təşkil edilib.
Azərbaycan neftinin qiymətləri: 22-26 aprel həftəsinin yekunları
27 aprel 2013 21:45
Ötən həftə, 22-26 aprel tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 104,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,52 dollar çoxdur.
Azərbaycanın qadın boksçusu Polşada gümüş medal qazandı
27 aprel 2013 21:44
Polşanın paytaxtı Varşavada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə ənənəvi turnirə yekun vurulub. Yarışda kişilərlə yanaşı, 3 çəki dərəcəsində qadınlar da mübarizə aparıb.
Qırğız-Türk "Manas" Universitetində "Heydər Əliyev - zamanın önündə" mövzusunda beynəlxalq konfrans keçirilib
27 aprel 2013 21:43
Azərbaycanın Qırğızıstandakı səfirliyi Bişkekdəki Qırğız-Türk "Manas" Universiteti ilə birgə bu təhsil ocağında "Heydər Əliyev - zamanın önündə" mövzusunda beynəlxalq konfrans keçirib.
Azərbaycanda ixrac olunan neftin ekspertizasına görə vahid tarif tətbiq edilib
27 aprel 2013 21:42
Tarif (qiymət) Şurasının qərarına əsasən, 2013-cü il mayın 1-dən ixrac olunan xam neftin mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi bağlı yeni tarif qüvvəyə minir.
"Azəryolservis" ASC tərəfindən növbəti ağacəkmə kampaniyası keçirilib
27 aprel 2013 21:41
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən keçirilən tədbirlərin davamı olaraq şənbə günü Hava Limanı qovşağında növbəti ağacəkmə kampaniyası keçirilib.
Azərbaycanın təhsil naziri TQDK nümayəndələrinin döyülməsi məsələsinə aydınlıq gətirib
26 aprel 2013 21:20
Aprelin 26-da təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə cümə axşamı baş vermiş insidentlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanı, adıçəkilən təhsil müəssisəsinin direktoru Firəngiz Həsənovanı və həmin məktəbin XIb sinif şagirdi Aygül Məmmədovanı görüşmək məqsədi ilə dəvət edib.
Azərbaycan velosipedçiləri 2016-cı il Olimpiya Oyunlarını hədəfləyirlər
26 aprel 2013 21:19
Bu gün Azərbaycanın "Sinergy Baku Cycling Project" velosiped komandasının təqdimat mərasimi keçirilib.
"SOCAR Petroleum Georgia" ödəniş sistemləri ilə tərəfdaşlığı genişləndirir
26 aprel 2013 21:16
"Unicard" universal kartının sahibləri bundan sonra Azərbaycan Respublikası Dövlət Neft Şikətinin (ARDNŞ) Gürcüstandakı yanacaqdoldurma məntəqələrində (YDM) də xal toplaya biləcəklər.
Bakıda gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına dəstək proqramının finalı keçiriləcək
26 aprel 2013 21:15
"Paşa Bank" və "Junior Achievement Azərbaycan" təşkilatı "Davamlı Müəssisənin İnkişaf Proqramı"nın yekun mərhələsinə həsr olunmuş tədbir keçirəcəklər.
İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib
26 aprel 2013 21:14
Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya təbrik məktubu ünvanlayıb.
Azərbaycan və Çin arasında hüquqi əməkdaşlıq inkişaf edir
26 aprel 2013 21:13
Aprelin 26-da Baş prokuror Zakir Qaralov ölkəmizdə rəsmi səfərdə olan Çin Xalq Respublikasının ədliyyə nazirinin müavini Canq Sucunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İlham Əliyev Vladimir Putinə başsağlığı verib
26 aprel 2013 21:12
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
 əvvəlki    853  854  855  856  857  858  859  860  861  862  863    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.