Xəbərlər

Azərbaycan velosipedçiləri 2016-cı il Olimpiya Oyunlarını hədəfləyirlər
26 aprel, 2013 21:19

 

Bu gün Azərbaycanın "Sinergy Baku Cycling Project" velosiped komandasının təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkədə idmanın bütün növlərinin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində velosiped idmanı da son vaxtlar öz dirçəliş dövrünü yaşayır.

O qeyd edib ki, son bir ildə federasiya tərəfindən velosiped idmanının populyarlaşması, onun maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə velosiped idmanının təbliği istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Ələkbərov ölkədə ilk peşəkar velosiped komandası - "Sinergy Baku Cycling Project"in yaradılmasının da bu istiqamətdə görülən işlərin nəticəsi olduğunu deyib.

Ələkbərov deyib ki, klubun yaradılmasında məqsəd beynəlxalq yarışlarda iştirak etməklə Azərbaycan idmanını dünyada daha geniş tanıtmaq və təbliğ etmək, ölkədə velosiped idmanına marağın artırılmasına nail olmaqdır.

Federasiyanın vitse-prezidenti vurğulayıb ki, hazırda qarşıya qoyulan məqsəd 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycan velosipedçilərinin iştirakına nail olmaq, həmçinin digər beynəlxalq yarışlarda uğur qazanmaqdır: "Azərbaycan velosipedçilərinin ötən il ərzində əldə etdiyi uğurlar bunun üçün ümidvericidir".

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.