Xəbərlər

Azərbaycan və Çin arasında hüquqi əməkdaşlıq inkişaf edir
26 aprel, 2013 21:13

 

Aprelin 26-da Baş prokuror Zakir Qaralov ölkəmizdə rəsmi səfərdə olan Çin Xalq Respublikasının ədliyyə nazirinin müavini Canq Sucunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan və Çin Xalq Respublikaları arasında qarşılıqlı faydalı əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdıran Baş prokuror ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər, mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının müasirləşdirilməsi üçün görülən işlər barədə ətraflı məlumat vermişdir.

Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokurorunun aprel ayının əvvəllərində ölkəmizə səfər etdiyini və hər iki dövlətin prokurorluq orqanları arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayan Baş prokuror ədliyyə nazirlikləri arasında yenicə imzalanmış əməkdaşlıq haqqında sazişin əlaqələrimizin daha da inkişaf etməsində mühüm rol oynayacağını bildirmişdir.

Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edən Canq Sucun ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən hüquq mühafizə orqanları arasında əməkdaşlığının inkişafı üçün yeni bir səhifə açıldığını bildirmiş, məhkəmə-hüquq islahatları nəticəsində əldə edilmiş uğurlar yüksək qiymətləndirilməklə, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulamışdır.

Görüş zamanı dövlətlərimizin beynəlxalq təşkilatlar, o cümlədən Çinin təşəbbüsü ilə yaradılmış dünyanın korrupsiyaya qarşı mübarizə aparan qurumlarını birləşdirən nüfuzlu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası çərçivəsində faydalı əməkdaşlıq etdikləri diqqətə çatdırılmış və Azərbaycanın Assosiasiyanın işində fəal iştirakı yüksək dəyərləndirilmişdir.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və maraq doğuran digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılmışdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.