Xəbərlər

Azərbaycanda ixrac olunan neftin ekspertizasına görə vahid tarif tətbiq edilib
27 aprel, 2013 21:42

 

Tarif (qiymət) Şurasının qərarına əsasən, 2013-cü il mayın 1-dən ixrac olunan xam neftin mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi bağlı yeni tarif qüvvəyə minir. Bu barədə  Şurasının rəsmi saytına istinadən məlumat verir.

"Mayın 1-dən etibarən ekspertizanın keçirilməsi ilə bağlı göstərilən xidmətlərin dəyəri ixrac olunan məhsulun həcminə görə deyil, hər bir sertifikat üzrə sabit qiymət müəyyənləşdiriləcək", - məlumatda deyilir.

İxrac edilən neftin həcmindən asılı olmayaraq, bir ekspertizanın keçirilməsinə görə xərclər 2300 manat təşkil edəcək.

"Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli qərarı ilə qüvvədə olan tarifə görə 1 ton neftin ekspertizasının aparılması üçün ödəniş haqqı 0,04 manat təşkil edir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.