Xəbərlər

Cənubi Afrikada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
27 aprel, 2013 21:46

 

Cənubi Afrika Respublikasının inzibati paytaxtı Pretoriyada Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir təşkil edilib.

Səfirlikdən  verilən məlumata görə, tədbirə ölkədə fəaliyyət göstərən 20-dən artıq səfir, Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin baş direktorunun müavini Rapu Molekane, bir sıra digər qurumların rəsmiləri, CAR-ın yerli dini, Azərbaycan və türk icmalarının nümayəndələri, KİV-lər və iş adamları qatılıblar.

Tədbiri açıq elan edən səfir Elxan Poluxov ümummilli liderimizin keçdiyi həyat yolu, Azərbaycan dövlətinin qurulmasında yeri, ölkəmizin müasir daxili və xarici siyasətinin təməlinin qoyulması və inkişafı sahəsində əvəzolunmaz fəaliyyəti, 90-cı illərdə Azərbaycanı vətəndaş müharibəsindən xilas etməsi və erməni təcavüzünün qarşısının alınmasında oynadığı rol, Azərbaycanın dünya arenasına çıxması və tanıdılması sahəsində xidmətindən danışıb. Sonra söz Cənubi Afrika Beynəlxalq Münasibətlər İnstitutunun professoru səfir Tomas Vilerə verilib.

1994-cü ildə Türkiyədə CAR-ın səfiri olan T.Viler həmin dövrlərdə iqamətgahı Ankarada olmaqla Azərbaycanda akkreditə edildiyini və etimadnamələrini ümummilli lider Heydər Əliyevə təqdim etmiş ilk Cənubi Afrika səfiri olduğunu vurğulamışdır. Daha sonra Viler Azərbaycan və ümummili lider Heydər Əliyev haqqında xoş xatirələrini qonaqların diqqətinə çatdırıb və dahi insanın Azərbaycan naminə apardığı uzaqgörən və müdrik siyasətindən danışıb.

Tədbir zamanı iştirakçılar Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi, ona həsr edilmiş nəşrlər və Heydər Əliyev Fondunun çap materialları ilə tanış olublar. Həmçinin, qonaqlara ümummilli liderimizin həyatını əks etdirən məlumat kitabçaları paylanılıb. Tədbir yerli KİV-lər tərəfindən işıqlandırılıb.

Qeyd edək ki, sərginin təşkilində Azərbaycan-CAR parlamentlərarası dostluq komissiyasının üzvləri, Milli Məclisin deputatları Əhməd Vəliyev və Arif Əşrəfov tərəfindən səfirliyə ianə edilmiş materiallardan istifadə olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.