Xəbərlər

Azərbaycanın qadın boksçusu Polşada gümüş medal qazandı
27 aprel, 2013 21:44

 

Polşanın paytaxtı Varşavada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə ənənəvi turnirə yekun vurulub. Yarışda kişilərlə yanaşı, 3 çəki dərəcəsində qadınlar da mübarizə aparıb.

Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, Varşavada 22 ölkənin nümayəndələri güclərini sınayıb ki, onların arasında Avstraliya, Braziliya, Yeni Zelandiya, Qazaxıstan kimi qeyri-Avropa dövlətləri də olub. Yarışda Azərbaycan milli komandasının üzvləri Əzizə Abbasova (51 kq) və Yana Alekseyevna (60 kq) da çıxış ediblər.

Alekseyevna ilk görüşdə İspaniya nümayəndəsi Cennifer Mirandanı məğlub edib. Həmyerlimiz ikinci qarşılaşmada polşalı Sandra Kruk üzərində 1 xal fərqlə qələbə qazanıb - 13:12. Boksçumuz finala vəsiqə qazansa da, zədə səbəbindən həlledici görüşə çıxa bilməyib. Belə ki, boksçumuz yarımfinalda polşalı Karolina Qraçiklə görüşdə burnundan zədə alıb. Beləliklə, final görüşündə ukraynalı Aleksandra Sidorenko ilə üz-üzə gəlməli olan milli komandamızın üzvü 2-ci yerlə kifayətlənib.

51 kq çəki dərəcəsinda mübarizə aparan Əzizə Abbasova isə ilk görüşdə kanadalı Mendi Bujolda uduzaraq yarışdan kənarda qalıb.

Qeyd edək ki, Polşada təlim-məşq toplanışı zamanı digər boksçularımız sparinq-döyüşlərdə iştirak ediblər. Anna Əlimərdanova (60 kq) İtaliya və Monqolustandan olan rəqiblərini məğlub edib. Anaxanım Ağayeva (51 kq) isə macar və finlandiyalı idmançılar üzərində qələbə qazanıb.

Qadınlardan ibarət millimiz mayın 12-də Qazaxıstana yollanaraq, orada yerli komanda ilə yanaşı, Ukrayna, Rusiya və Hindistan idmançıları ilə təlim-məşq toplanışında iştirak edəcəklər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.