Xəbərlər

Qırğız-Türk "Manas" Universitetində "Heydər Əliyev - zamanın önündə" mövzusunda beynəlxalq konfrans keçirilib
27 aprel, 2013 21:43

 

Azərbaycanın Qırğızıstandakı səfirliyi Bişkekdəki Qırğız-Türk "Manas" Universiteti ilə birgə bu təhsil ocağında "Heydər Əliyev - zamanın önündə" mövzusunda beynəlxalq konfrans keçirib.

Səfirlikdən  verilən məlumata görə, tədbirdə Qırğızıstan parlamentinin deputatları, bu ölkədə akkreditə olunmuş KİV nümayəndələri, səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, universitetin professor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri iştirak ediblər.

Konfransda Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məruzə edib. Bildirilib ki, ulu öndər Heydər Əliyev həm keçmiş SSRİ rəhbərliyində yüksək vəzifə tutarkən, həm də xalqımızın təkidli tələbi ilə müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra milli mənəvi dəyərlərimizin bərpa olunması və qorunub saxlanması istiqamətində əvəzolunmaz xidmətlər göstərib. Qeyd edilib ki, məhz ulu öndərin səyləri nəticəsində Azərbaycan ən inkişaf etmiş ölkələr sırasına çıxıb.

Orucov deyib ki, məhz ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın rəhbəri olduqdan sonra bütün sahələrdə köklü islahatlara başlanıb, onun siyasi iradəsi nəticəsində Ermənistanın Azərbaycana təcavüzü dayandırılıb, atəşkəsə nail olunub. Məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının təcavüzdən azad edilməsi ilə bağlı dörd qətnamə qəbul edib. Sənədlərdə deyilir ki, təcavüzkar Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməli, qaçqın və köçkünlər doğma yurd-yuvalarına qayıtmalıdırlar. Təəssüf ki, indiyədək Ermənistan BMT-nin bu tələblərini yerinə yetirməyib.

Səfir bildirib ki, Heydər Əliyev türkdilli dövlətlərə və muxtariyyət statusu olan türkdilli xalqlara xüsusi qayğı ilə yanaşırdı. Ulu öndər deyib: "Manas"ın dili bizim ümumi dilimizdir".

Orucov qeyd edib ki, Heydər Əliyev 1995-ci il avqustun 28-də Qırğızıstanda "Manas" eposunun 1000 illiyi ilə bağlı yubiley təntənələrində iştirak etmiş, öz çıxışında belə demişdi: "Manas" Qırğız xalqının müdriklik, ağıl, mərdlik və cəsarət simvoludur".

Qırğızıstan Prezidenti Aparatı rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Sapar İsakov Qırğızıstan ilə Azərbaycan arasında əlaqələrin qurulması və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri olduğunu bildirib. O, Heydər Əliyevin dünya şöhrətli siyasi xadim, türk dünyasının tanınmış siyasətçilərindən olduğunu diqqətə çatdırıb. Bişkekdə ulu öndər Heydər Əliyev adına parkın salınması ilə əlaqədar qərarın qəbul edilməsi diqqətə çatdırılıb.

Universitetin rektoru, professor Səbahəddin Balçı bildirib ki, Heydər Əliyev Türkiyə türklərini, o cümlədən digər türkdilli xalqları çox sevirdi. Ümummilli lider demişdi ki, biz "bir millət, iki dövlətik".

Qırğızıstanın insan hüquqları üzrə müvəkkili Tursunbek Akun, Arabaeva adına Qırğızıstan Dövlət Universitetinin rektoru Tolobek Abdıraxmanov, ictimai xadim Aydar Kerimkulov ümummilli lider Heydər Əliyevi dünya şöhrətli siyasi xadim kimi təhlil ediblər.

Konfransın bölmələr üzrə keçirilən iclaslarında filologiya elmləri doktoru, professor Kadırali Konkobaev "Heydər Əliyev türkdilli xalqların problemi və dili haqqında", Qırğızıstan-Rusiya Slavyan Universiteti İranistika Mərkəzinin direktoru Məlahət Məmmədova "Heydər Əliyev və hüquqi dövlətin əsası", "Kırqız Tuusu" qəzetinin baş redaktoru Bakıtbek Orunbekov "Heydər Əliyev - yeni müstəqil Azərbaycanın xilaskarı", fəlsəfə elmləri namizədi Olçobay Karataev "Azərbaycanın müstəqilliyi və Heydər Əliyev", dosent Umut Asanova "Heydər Əliyev və liderliyin fəlsəfi tərəfləri", Qırğızıstan Gimnastika Federasiyasının prezidenti, soydaşımız Əsəd Əsədov "Heydər Əliyev soydaşlarımızın gözü ilə" və universitetin müəllimi Aydın İdil "Heydər Əliyev və türk dünyası" mövzularında geniş məruzələr ediblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.