Rövşən Eyyubovun ailəsində ağır itki baş verib.
26 mart 2017 16:44
Dayısı Mirmöhsümov Rza Həsən oğlu uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Turistlər Şahdağ qış-yay turizm kompleksi ilə maraqlanmağa başlamışlar
31 dekabr 2012 14:34
Azərbaycan Turizm Assosiasiyası artıq xarici tərəfdaşlarından Qusarda yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksinə turist səfərləri ilə bağlı müraciətlər qəbul etməyə başlamışdır.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Çin Xalq Respublikasında da qeyd olunmuşdur
31 dekabr 2012 14:24
Azərbaycanın Pekindəki səfirliyinin təşkil etdiyi tədbirdə səfir Lətif Qəndilov bu bayramın müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində böyük rol oynadığını bildirmişdir.
Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə böyük bayram tədbiri keçirilmişdir
31 dekabr 2012 14:21
Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə böyük bayram tədbiri keçirmişdir.
Kanadanın Vaterloo Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunmuşdur
31 dekabr 2012 14:16
Kanadanın Vaterloo Universitetində təhsil alan azərbaycanlı tələbələr 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını qeyd etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Azadlıq meydanında tikilən yeraltı avtomobil dayanacağında inşaat işlərinin gedişi ilə maraqlanmışdır
29 dekabr 2012 21:05
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.
Prezident İlham Əliyev Bakının Fizuli və Mirzağa Əliyev küçələrinin arasında yaradılan yeraltı avtomobil dayanacağında, park, bağ və fəvvarələr kompleksində inşaat işlərinin gedişi ilə tanış olmuşdur
29 dekabr 2012 20:12
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tikintinin layihəsi əsasında dövlətimizin başçısına məlumat verib
Bakının Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində yeraltı avtomobil tuneli istifadəyə verilmişdir.
29 dekabr 2012 11:21
İlham Əliyev Bakının Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində yeraltı avtomobil tunelin açılışında iştirak etmişdir
İlham Əliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılış mərasimində iştirak etmişdir
29 dekabr 2012 11:06
Bakıda Respublika Neyrocərrahiyyə Xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak etmişlər.
SMDT Gəncədə növbəti vətəndaş forumu keçirib
28 sentyabr 2012 07:26

Bakı, 28 sentyabr (ERtv). Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş  İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində Gəncədə növbəti Vətəndaş Forumu keçirib. Forumda  QHT, KİV nümayəndələri, gənclər, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak edib. Forum zamanı əsasən 3 mövzu- “Azərbaycanda Seçici Baxışlari” İctimai Rəy Sorğusunun nəticələri, yerli icmaların yaradılması və fəaliyyəti, yerli komitələrin yaradılması barədə müzakirələr aparılıb.

Forumda SMDT tərəfindən respublika üzrə keçirilən Azərbaycanda Seçici Baxışlari İctimai Rəy Sorğusunun Nəticələri barədə SMDT-nin regionlarla iş üzrə meneceri Cavid Nəbiyev təqdimat keçirib. Təqdimat zamanı tədbir iştirakçıları əldə olunan statistik göstəricilərə öz münasibətlərini bildirib.

Daha sonra layihə çərçivəsində Bərdədə yaradılacaq yerli icmaların məqsədi, icmalar üçün qanunvericilikdə nəzərdə tutulan imkanlar, icmaların görə biləcək işlər haqqında iştirakçılara məlumat verilib. Sonda 8 nəfərin təmsil olunması ilə yerli icma yaradılıb.

Erməni bölmələri susduruldu
28 sentyabr 2012 07:18

Bakı, 28 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunın ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bakıda “Gənclər təşkilatlarının IV Respublika Sərgisi” keçiriləcək
27 sentyabr 2012 15:06

Bakı, 27 sentyabr (ERtv). Noyabrda Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər təşkilatlarının IV Respublika Sərgisi” keçiriləcək. Məqsəd gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarını stimullaşdırmaqdır. Sərgidə hər bir təşkilat ücün 9 kv.m sahə ayrılcaq və ayrılan sahədə stendlər quraşdırılacaq. Sərgidə iştirak edəcək gənclər təşkilatları onlar ücün ayrılan sahədə fəaliyyətləri ilə bağlı filimlər, bukletlər, nəşr etdirdikləri kitablar, çap məhsulları, uğurlu layihələrin təqdimatlarını edə biləcək və sərginin ziyarətçiləri ilə birbaşa ünsiyyətdə olacaq. Stendlərin icarəsi və quraşdırılması Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək.

Prezident İlham Əliyev Bakıda keçirilən “Körpülərin salınması” beynəlxalq konfransının iştirakçılarını qəbul edib
27 sentyabr 2012 14:58

Bakı, 27 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev “Körpülərin salınması” beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gələn Avropa Komissiyasının sabiq prezidenti Jak Santeri, Fransanın sabiq nəqliyyat naziri, deputat Tierri Marianini, Türkiyənin sabiq Baş naziri Məsud Yılmazı, Niderlandın sabiq müdafiə naziri Villem Van Eekeleni, Sloveniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin deputatı İvo Vayqlı, Sloveniyanın sabiq iqtisadi inkişaf naziri Mitya Qasparini, Almaniyanın sabiq nəqliyyat və infrastruktur naziri Kurt Bodeviqi, Danimarka şahzadəsi Kristian zu Şambur-Lippeni və Avropa Məsələləri üzrə İnstitutun idarə heyətinin sədri Yurgen Qramkeni qəbul edib. Azərbaycan prezidenti İlham Əliyev qonaqları salamlayaraq deyib ki, konfrans üçün gözəl mövzu seçilib və Azərbaycanda gedən prosesləri əks etdirir: "Körpülərin salınması bizim regionda, dünyada və müxtəlif mədəniyyətlər arasında xarici siyasətimizin əhəmiyyətli istiqamətlərindən biridir. Sizin əksəriyyətiniz artıq ölkəmizdə olmusunuz və Azərbaycanın qədim tarixi və bugünkü inkişafından məlumatlısınız. Mən çox şadam ki, müxtəlif ölkələrdən olan insanlar burada bir araya gəlib. Biz əsas diqqəti körpülərin necə qurulmasına, qarşılıqlı etimadın artırılmasına yönəltməliyik".

Prezident İlham Əliyev bildirib ki, regionda mühüm rol oynayan Azərbaycanın qədim tarixi və bugünkü inkişafı aydın şəkildə göstərir ki, qarşılıqlı anlaşma ancaq qarşılıqlı etimad və hörmət əsasında yaradılmalıdır. Dövlət başçısı vurğulayıb ki, ölkəmizdə bütün xalqlar və müxtəlif dini etiqadların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıb və xalqımız bununla fəxr edir: “Bizim keçən il qeyd etdiyimiz 20 illik müstəqilliyimiz bu müsbət meyli ancaq gücləndirib".

Avropa strukturları ilə əməkdaşlığın uğurlu olduğunu deyən dövlət başçısı Azərbaycanın bu sahədə bundan sonra daha çox tərəqqiyə ümid etdiyini və bir-birimizin maraqlarını əhəmiyyətli dərəcədə dəstəkləyə biləcəyimizi söyləyib. Azərbaycanın Avratlantik strukturlar ilə əməkdaşlığa da töhfə verdiyini qeyd edən prezident ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə toxunub: "Azərbaycanın keçən il BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi təkcə gənc bir dövlətin tarixində əlamətdar hadisə deyildi. Bu, həmçinin bizə mövqeyimizin, gündəliyimizin nədən ibarət olduğunu, sülh və sabitliyin yaranmasında beynəlxalq səylərə necə dəstək ola biləcəyimizi bütün dünyaya nümayiş etdirməyə imkan verir. Bizim, eyni zamanda, daxili problemimiz vardır. Bildiyiniz kimi, ən böyük problemimiz artıq 20 ildir davam edən işğaldır. Ərazilərimizin əhəmiyyətli hissəsi - Dağlıq Qarabağ və heç vaxt erməni əhalisinin məskunlaşmadığı və Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan ətraf rayonlar işğal altındadır. İyirmi ildir ki, beynəlxalq vasitəçi qrup fəaliyyət göstərir. Heç bir nəticə yoxdur. On səkkiz ildir ki, regionda ancaq kövrək sülhün qorunmasına yardım edən atəşkəs rejimi hökm sürür. Amma məsələnin ən vacib tərəfi ondan ibarətdir ki, biz BMT Təhlükəsizlik Şurasının işğalçı erməni birləşmələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin yerinə yetirilməsinə nail ola bilmirik. Bu, həqiqətən də çox təhlükəli vəziyyətdir. “Nə sülh, nə də müharibə” şəraiti həmişəlik davam edə bilməz. Lakin ermənilər bu status-kvonu möhkəmlətmək istəyirlər, heç nəyi dəyişmək və işğal olunmuş əraziləri boşaltmaq istəmirlər. Həmsədr ölkələrin - Fransa, Rusiya və ABŞ liderlərinin onlara ünvanlanan ismarıclarına qulaq asmırlar. Bu liderlər aydın şəkildə ismarıc göndəriblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonu dəyişmək üçün onlar geri çəkilməlidirlər. Bu, həqiqətən də bizim üçün ən böyük problemdir. Bu, həm də regional sabitlik və təhlükəsizlik üçün ən ciddi problemdir. Çünki münaqişə dondurulmayıb, amma sülh olduqca kövrəkdir. Əminəm ki, siz görüşləriniz zamanı maraqlı müzakirələr aparacaqsınız. Ümid edirəm ki, Azərbaycanla bağlı daha çox məlumat almaq və bu inkişafı görmək imkanınız olacaq".

Avropa Məsələləri üzrə İnstitutun idarə heyətinin sədri Yurgen QRAMKE Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Avropa Məsələləri İnstitutunun təşəbbüsü ilə Bakıda keçirilən “Körpülərin salınması” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə hazırlandığını qeyd edib və onun fəaliyyət istiqamətlərinə toxunub.

Prezident İlham Əliyev Zabrat-Maştağa-Buzovna və Zabrat-Pirşağı avtomobil yollarının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış oldu
27 sentyabr 2012 13:12

Bakı, 27 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün Zabrat-Maştağa-Buzovna və Zabrat-Pirşağı avtomobil yollarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov Zabrat-Maştağa-Buzovna və Zabrat-Pirşağı avtomobil yollarında görülən əsaslı təmir və yenidənqurma işlərindən sonra texniki göstəricilər barədə prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, Sabunçu yol qovşağından Zabrat dairəsinə qədər olan avtomobil yolunun yenidən qurulması Bakı şəhərinin Sabunçu, Balaxanı, Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı və Məhəmmədli qəsəbələrinin nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal gediş-gəlişinə şərait yaradacaq. Qeyd olunub ki, 2012-ci ilin martında yolda kommunikasiya, su, kanalizasiya və digər xətlərin çəkilişinə başlanıldığından yol nəqliyyatın hərəkəti üçün yararsız vəziyyətə düşüb və əsaslı təmirə zərurət yaranıb. Burada yolun genişləndirilməsi ilə bağlı bütün lazımi tədbirlər görülüb. Uzunluğu 7 kilometrə yaxın olan yolun hərəkət hissəsinin eni 23 metr, hərəkət zolaqlarının sayı 6-dır.

Sabunçu yol qovşağından Zabrat dairəsinə qədər olan avtomobil yolunun yenidən qurulması və genişləndirilməsi işlərinə 2012-ci ilin iyununda başlanılıb və yenidənqurma işləri bu ilin sentyabrında başa çatıb. Bilgəh, Buzovna, Maştağa, Nardaran, Kürdəxanı və Abşeron yarımadasının şimal hissəsində yerləşən digər kənd və qəsəbələrin Bakı şəhəri və respublikanın digər rayonları ilə nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması, həmçinin Buzovna-Mərdəkan-Hava Limanı-Bakı istiqamətindəki mövcud yola alternativ yol kimi 15 kilometrlik və 6 cərgəlik Buzovna-Zabrat yolunun yenidən qurulması da nəzərdə tutulur. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icrasına başlanılan 9 kilometrlik Pirşağı-Zabrat yolunun yenidən qurulması isə yarımadanın şimal hissəsində yerləşən və 200 mindən çox əhalisi olan kənd və qəsəbələrin nəqliyyat əlaqəsini daha da yaxşılaşdıracaq.

Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.

TAİEX layihələri üzrə seminar keçirilib
27 sentyabr 2012 12:51

Bakı, 27 sentyabr (ERtv). İqtisadi İnkişaf Nazirliyinin Tvinninq, TAIEX və Sigma əməliyyatları üzrə Proqram İdarəetmə Qurumunun və Avropa İttifaqının “Azərbaycanda Tvinninq, TAİEX və SIGMA əməliyyatlarının tətbiqi (İTTSO) II” layihəsinin birgə təşkilatçılığı ilə müxtəlif dövlət qurumları üzrə Tvinninq, TAİEX və SİGMA alətləri ilə məşğul olan Əlaqələndirici Şəxslər üçün Azərbaycanda TAİEX alətinin tətbiqinə dair seminar keçirilib. Seminarda Avropa İttifaqının ekspertləri ilə yanaşı, ölkənin bir sıra dövlət orqanlarının nümayəndələri iştirak edib.

Proqram İdarəetmə Qurumunun direktor müavini, İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq  şöbəsinin müdir müavini Ruslan Rüstəmli Avropa İttifaqının TAİEX yardım aləti barədə məlumat verərək bildirib ki, Proqram İdarəetmə Qurumunun həyata keçirdiyi tədbirlər nəticəsində TAİEX alətinə müraciətlərin sayı ildən-ilə artır. 2011-ci il ərzində dövlət orqanları Avropa Komissiyasına TAİEX üzrə 34 layihə ilə müraciət edib. 2012-ci ilin birinci yarısında isə Azərbaycan dövlət qurumları tərəfindən seminar, ekspert missiyası və təlim səfərləri keçirmək üçün edilmiş müraciətlərin 31-i qəbul edilmiş və qurumlar 20-dən çox TAİEX tədbirində iştirak edib.        Tədbirdə Avropa Komissiyasının Genişlənmə üzrə Baş Direktorluğunun İnstitusional quruculuq şöbəsinin Azərbaycan üzrə Əlaqələndirici Şəxsi Maria Luisa Sançez “TAİEX alətinə dair prosedurlar. Ən yaxşı müraciət formasının hazırlanmasına dair praktiki nümunələr” mövzusunda təqdimatla çıxış edib. 

Regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıldı
27 sentyabr 2012 12:39

Bakı, 27 sentyabr (ERtv). Fransanın Azərbaycandakı səfiri Paskal Mönie müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, görüşdə regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.

Fransalı səfir ölkəsinin Azərbaycana təyin olunan yeni hərbi attaşesini Azərbaycanın müdafiə nazirinə təqdim edib.

Yevlaxda sahibkarlar üçün treninqlər keçirilib
27 sentyabr 2012 12:33

Bakı, 27 sentyabr (ERtv). Yevlax rayonunun Səmadabad kəndində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Yevlax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün “Ekoloji təmiz kənd təsərrüfatı”, “Aqrar  iqtisadiyyat” və “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzularında treninqlər keçirilib. Tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin, Yevlax Rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də Yevlax rayonunun Səmadabad kəndində fəaliyyət göstərən sahibkarlar iştirak edib. Treninqlərdə “Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları” mövzusunda təqdimat keçirilib, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili qaydaları, aqrar bölmədə təsərrüfatçılığın yeni formaları, kənd təsərrüfatı xammalının tədarükü və saxlanılması, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və satışını təmin etmək üçün işgüzar əlaqələrin qurulması, taxılçılığın inkişaf istiqamətləri və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə həmçinin, sahibkarlara risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilib, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda təqdimat keçirilib. 

“Azərbaycan – gözəl diyar” adlı layihə həyata keçiriləcək
27 sentyabr 2012 07:39

Bakı, 27 sentyabr (ERtv). Azərbaycanın ali təhsil müəsissələrində təhsil alan əcnəbi tələbələrə ölkəmizlə yaxından tanış olmaları məqsədi ilə “Azərbaycan – gözəl diyar” adlı layihə həyata keçiriləcək. Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı, Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyi Azərbaycanın Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə və həmçinin  Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilati dəstəyi ilə 29-30 sentyabr tarixlərində start veriləcək.

Layihədə Çin, Cənubi Koreya, Rusiya, Türkiyə, Gürcüstan və Nigeriyadan olan  əcnəbi tələbələrə  Dünya Azərbaycanlı Gənclər Birliyi  tərəfindən - vətənimizi tanıdan,  Qarabağla bağlı kitablar və ölkəmizin gözəl təbii çoğrafiyası ilə bağlı məlumat broşurları hədiyyə ediləcək.

Qeyd edək ki, bu ilin sonuna kimi davam edəcək layihə çərçivəsində əcnəbi tələbələr Lənkəran, Gəncə, Şəki və Qubaya səfərləri planlaşdırılır. İlk səfər 29-30 sentyabr 2012-ci il tarixində Lənkəran şəhərində həyata keçiriləcək.

“Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzusunda distant təlim keçirilib
27 sentyabr 2012 07:35

Bakı, 27 sentyabr (ERtv). İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzusunda növbəti distant təlim keçirilib. Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları tərəfindən aparılan təlimdə Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Aran, Abşeron və digər rayonlarda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər iştirak edib. Təlimdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, və s. barədə geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

← əvvəlki    1  2  3  4  5  6  7  8  9  10  11    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.