Bakı, 27 sentyabr (ERtv). Noyabrda Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər təşkilatlarının IV Respublika Sərgisi” keçiriləcək. Məqsəd gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarını stimullaşdırmaqdır. Sərgidə hər bir təşkilat ücün 9 kv.m sahə ayrılcaq və ayrılan sahədə stendlər quraşdırılacaq. Sərgidə iştirak edəcək gənclər təşkilatları onlar ücün ayrılan sahədə fəaliyyətləri ilə bağlı filimlər, bukletlər, nəşr etdirdikləri kitablar, çap məhsulları, uğurlu layihələrin təqdimatlarını edə biləcək və sərginin ziyarətçiləri ilə birbaşa ünsiyyətdə olacaq. Stendlərin icarəsi və quraşdırılması Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək.