Bakı, 27 sentyabr (ERtv). İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzusunda növbəti distant təlim keçirilib. Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları tərəfindən aparılan təlimdə Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Aran, Abşeron və digər rayonlarda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər iştirak edib. Təlimdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, və s. barədə geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.