Bakı, 28 sentyabr (ERtv). Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində Gəncədə növbəti Vətəndaş Forumu keçirib. Forumda QHT, KİV nümayəndələri, gənclər, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak edib. Forum zamanı əsasən 3 mövzu- “Azərbaycanda Seçici Baxışlari” İctimai Rəy Sorğusunun nəticələri, yerli icmaların yaradılması və fəaliyyəti, yerli komitələrin yaradılması barədə müzakirələr aparılıb.
Forumda SMDT tərəfindən respublika üzrə keçirilən Azərbaycanda Seçici Baxışlari İctimai Rəy Sorğusunun Nəticələri barədə SMDT-nin regionlarla iş üzrə meneceri Cavid Nəbiyev təqdimat keçirib. Təqdimat zamanı tədbir iştirakçıları əldə olunan statistik göstəricilərə öz münasibətlərini bildirib.
Daha sonra layihə çərçivəsində Bərdədə yaradılacaq yerli icmaların məqsədi, icmalar üçün qanunvericilikdə nəzərdə tutulan imkanlar, icmaların görə biləcək işlər haqqında iştirakçılara məlumat verilib. Sonda 8 nəfərin təmsil olunması ilə yerli icma yaradılıb.