Prezident İlham Əliyev Bakıda keçirilən “Körpülərin salınması” beynəlxalq konfransının iştirakçılarını qəbul edib
27 sentyabr, 2012 14:58

Bakı, 27 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev “Körpülərin salınması” beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gələn Avropa Komissiyasının sabiq prezidenti Jak Santeri, Fransanın sabiq nəqliyyat naziri, deputat Tierri Marianini, Türkiyənin sabiq Baş naziri Məsud Yılmazı, Niderlandın sabiq müdafiə naziri Villem Van Eekeleni, Sloveniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin deputatı İvo Vayqlı, Sloveniyanın sabiq iqtisadi inkişaf naziri Mitya Qasparini, Almaniyanın sabiq nəqliyyat və infrastruktur naziri Kurt Bodeviqi, Danimarka şahzadəsi Kristian zu Şambur-Lippeni və Avropa Məsələləri üzrə İnstitutun idarə heyətinin sədri Yurgen Qramkeni qəbul edib. Azərbaycan prezidenti İlham Əliyev qonaqları salamlayaraq deyib ki, konfrans üçün gözəl mövzu seçilib və Azərbaycanda gedən prosesləri əks etdirir: "Körpülərin salınması bizim regionda, dünyada və müxtəlif mədəniyyətlər arasında xarici siyasətimizin əhəmiyyətli istiqamətlərindən biridir. Sizin əksəriyyətiniz artıq ölkəmizdə olmusunuz və Azərbaycanın qədim tarixi və bugünkü inkişafından məlumatlısınız. Mən çox şadam ki, müxtəlif ölkələrdən olan insanlar burada bir araya gəlib. Biz əsas diqqəti körpülərin necə qurulmasına, qarşılıqlı etimadın artırılmasına yönəltməliyik".

Prezident İlham Əliyev bildirib ki, regionda mühüm rol oynayan Azərbaycanın qədim tarixi və bugünkü inkişafı aydın şəkildə göstərir ki, qarşılıqlı anlaşma ancaq qarşılıqlı etimad və hörmət əsasında yaradılmalıdır. Dövlət başçısı vurğulayıb ki, ölkəmizdə bütün xalqlar və müxtəlif dini etiqadların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıb və xalqımız bununla fəxr edir: “Bizim keçən il qeyd etdiyimiz 20 illik müstəqilliyimiz bu müsbət meyli ancaq gücləndirib".

Avropa strukturları ilə əməkdaşlığın uğurlu olduğunu deyən dövlət başçısı Azərbaycanın bu sahədə bundan sonra daha çox tərəqqiyə ümid etdiyini və bir-birimizin maraqlarını əhəmiyyətli dərəcədə dəstəkləyə biləcəyimizi söyləyib. Azərbaycanın Avratlantik strukturlar ilə əməkdaşlığa da töhfə verdiyini qeyd edən prezident ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə toxunub: "Azərbaycanın keçən il BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi təkcə gənc bir dövlətin tarixində əlamətdar hadisə deyildi. Bu, həmçinin bizə mövqeyimizin, gündəliyimizin nədən ibarət olduğunu, sülh və sabitliyin yaranmasında beynəlxalq səylərə necə dəstək ola biləcəyimizi bütün dünyaya nümayiş etdirməyə imkan verir. Bizim, eyni zamanda, daxili problemimiz vardır. Bildiyiniz kimi, ən böyük problemimiz artıq 20 ildir davam edən işğaldır. Ərazilərimizin əhəmiyyətli hissəsi - Dağlıq Qarabağ və heç vaxt erməni əhalisinin məskunlaşmadığı və Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan ətraf rayonlar işğal altındadır. İyirmi ildir ki, beynəlxalq vasitəçi qrup fəaliyyət göstərir. Heç bir nəticə yoxdur. On səkkiz ildir ki, regionda ancaq kövrək sülhün qorunmasına yardım edən atəşkəs rejimi hökm sürür. Amma məsələnin ən vacib tərəfi ondan ibarətdir ki, biz BMT Təhlükəsizlik Şurasının işğalçı erməni birləşmələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin yerinə yetirilməsinə nail ola bilmirik. Bu, həqiqətən də çox təhlükəli vəziyyətdir. “Nə sülh, nə də müharibə” şəraiti həmişəlik davam edə bilməz. Lakin ermənilər bu status-kvonu möhkəmlətmək istəyirlər, heç nəyi dəyişmək və işğal olunmuş əraziləri boşaltmaq istəmirlər. Həmsədr ölkələrin - Fransa, Rusiya və ABŞ liderlərinin onlara ünvanlanan ismarıclarına qulaq asmırlar. Bu liderlər aydın şəkildə ismarıc göndəriblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonu dəyişmək üçün onlar geri çəkilməlidirlər. Bu, həqiqətən də bizim üçün ən böyük problemdir. Bu, həm də regional sabitlik və təhlükəsizlik üçün ən ciddi problemdir. Çünki münaqişə dondurulmayıb, amma sülh olduqca kövrəkdir. Əminəm ki, siz görüşləriniz zamanı maraqlı müzakirələr aparacaqsınız. Ümid edirəm ki, Azərbaycanla bağlı daha çox məlumat almaq və bu inkişafı görmək imkanınız olacaq".

Avropa Məsələləri üzrə İnstitutun idarə heyətinin sədri Yurgen QRAMKE Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Avropa Məsələləri İnstitutunun təşəbbüsü ilə Bakıda keçirilən “Körpülərin salınması” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə hazırlandığını qeyd edib və onun fəaliyyət istiqamətlərinə toxunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.