Lavrovun FTB rəhbərinin işdən çıxarılmasına reaksiyası10 may 2017 17:32
Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Donald Trampın Federal Təhqiqat Bürosunun (FTB) direktoru Ceyms Komini vəzifəsindən azad etməsi və bunun Moskva-Vaşinqton danışıqlarına təsirinə münasibət bildirib.
Hərbi Hava Qüvvələri üçün yeni nəsil reaktiv təyyarə alınıb10 may 2017 16:50
Mayın 10-da Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin aviabazalarından birində İtaliya Respublikasının “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 tipli təlim-məşq təyyarəsinin təqdimatı keçirilib.
Nazirlik Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən İngiltərə şirkətinə xəbərdarlıq edib10 may 2017 15:38
İqtisadiyyat Nazirliyi tərəfindən mərkəzi ofisi Londonda yerləşən "Grand Thronton" beynəlxalq şirkətinin törəmə şirkəti olan "Grand Thronton Ermənistan"ın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti, biznesin təşviqinə dair müəyyən nəşrlər hazırlaması və həmin şirkətin Ermənistanın "Hayastan" fondu ilə əlaqələrinin müəyyən edilməsi barədə araşdırma aparılıb.
Mayın 11-nə olan hava proqnozu: yağış, dolu, külək10 may 2017 13:54
Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 11-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-15, gündüz 18-23, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-80, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, mayın 11-12-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun ötən günlərlə müqayisədə xeyli aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Babək Cahandarov
Dünyanın gələcək taleyi və dayanıqlı inkişaf hədəfləri10 may 2017 12:21
Qloballaşan dünyada yeni inkişaf tendensiyalarının cəmini özündə ehtiva edən və inkişaf etmiş və etməkdə olan dövlətlərin sosial - iqtisadi strategiyaları hazırlanarkən istinad edilən dayanıqlı inkişaf konsepsiyası ilk dəfə 1987-ci ildə BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Dünya Komissiyası tərəfindən hazırlanan “Brundtland arayışında” öz əksini belə tapıb: