"Şopinq Festivalının keçirilməsi yolu ilə Xəzər Dənizinin mirvarisi olan bu paytaxt şəhərin cəlbediciliyini artırmaq üçün Azərbaycan hökumətinin təşəbbüsünü yüksək qiymətləndirirəm”.
1news.az-ın məlumatına bunu İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie deyib.
“Bakının öz gözəlliyi var, belə ki, mən daim Bakıdakı qeyri-ənənəvi müasir memarlıqla qədimliyin uyğunlaşdırılmasını sevirəm, bu şəhərin həmişə mənim qəlbimdə öz yeri vardır.
“Şübhəsiz, alış-veriş şənliyinin həyəcanı ilə əhatələnməklə yanaşı, Bakının gözəlliyini duymaq üçün mənim ölkəm, İndoneziyadan və bütün dünyadan daha çox turisti cəlb edən bu tədbiri dəstəkləyirəm. Ümid edirəm ki, bu tədbir hər bir istiqamətdə Bakı və onun əhalisinə daha müsbət atmosfer bəxş edəcəkdir, həmçinin, insanlar burada dünya əhalisinin bir hissəsi olaraq birlik yarada biləcəklər”, səfir əlavə edib.
Pərvanə Sultanova