Dövlət Neft Fondu indiyədək AÇG-dən 124,1 mlrd. dollar gəlir əldə edib
10 may, 2017 15:08
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan 2017-ci ilin may ayının 1-nə əldə edilən gəlirlərini açıqlayıb.
1news.az-a ARDNF-dən verilən xəbərə görə, bu ilin 4 ayında AÇG yataqları üzrə fond 1 mlrd. 960 mln. ABŞ dolları gəlir əldə edib.
Ümumiyyətlə, 2001-ci ildən etibarən cari ilin may ayının 1-dək AÇG yataqlar bloku üzrə 124,069 mlrd. dollar həcmində gəlir əldə olunub.
S.Xankişiyeva