Xəbərlər

Azərbaycanda da kovörkinq trendi yaranır
10 may, 2017 16:00

Dünyanın bir çox qabaqcıl ölkəsində inkişaf etmiş kovörkinq (birgə iş məkanı) ənənəsi artıq ölkəmizdə formalaşmaqda və inkişaf etməkdədir.

Çoxlarına məlum olduğu kimi, ABŞ-da, Qərbi Avropda trend halını almış bu cür iş mərkəzləri müxtəlif sahələrdə fəaliyyət göstərən individuallar, fərdi sahibkarlar, layihə qrupları və kiçik şirkət heyətləri üçün olduqca münasib şərtlərlə çalışma məkanları təklif etməklə yanaşı, onları bir araya gətirən əvəzolunmaz mexanizm rolunu oynayır. Deskmag Beynəlxalq Kovörkinq jurnalının rəsmi açıqlamasına əsasən, 2017-ci ildə dünya üzrə 13.800 kovörkinq mərkəzinin fəaliyyəti qeydə alınıb.

Kovörkinq birgə iş mühitini özündə birləşdirməklə əsasən müstəqil fəaliyyət göstərən professionallar, xidməti işçilər, səyahət edən və çalışmaq üçün ofisə ehtiyacı olan insanlar üçün nəzərdə tutulub. Buna baxmayaraq, bu gün genişlənməkdə olan kovörkinq mərkəzləri artıq bir çox şirkət heyətlərinə də ev sahibliyi edir.

KOVÖRKİNQİN ÜSTÜNLÜKLƏRİ: Kovörkinq mərkəzlərində çalışmaq, xüsusilə fərdi fəaliyyəti göstərən, biznes və ya layihəsinə yeni start vermiş şəxslər, eyni zamanda, kiçik işçi heyəti olan şirkətlər üçün olduqca əlverişli hesab olunur. Kovörk – birgə çalışmaq, sosial və işgüzar əlaqələrin genişlənməsi, bilik və təcrübə paylaşımı, professional məsələlərdə yardımlaşmaq baxımından olduqca məqsədəuyğundur. Bununla yanaşı, kovörkinq mərkəzlərində yerləşməyin bir çox üstünlükləri var:

- İcarəyə götürülmüş ofislərdən fərqli olaraq, kovörkinq mərkəzini təmir edərək, mebellə təhciz ehtməyə ehtiyac qalmır. Onlar adətən tam təhcizatlı şəkildə iştifadəyə verilir. İstifadəçilər yalnız şəxsi kompüter və əşyalarını gətirməklə fəaliyyətə başlaya bilirlər. Bu isə öz növbəsində vaxt və maddi itkinin qarşını alır.

- Kovörkinq mərkəzində həmçinin kommunal, təmizlik və bir sıra məişət xərclərindən də azad edilərək limitmiz çay-qəhvə xidməti göstərir. Bu kimi xidmətlər üzvlük paketi üçün edilən ödənişin tərkib hissəsi kimi təklif edilir.

- Bir çox insanın birgə fəaliyyət məkanı olmaqla kovörkinq mərkəzləri sürətli və limitsiz internetlə təmin olunur. Bu gün işlərin demək olar ki, əksər hissəsi internet ilə birbaşa əlaqəli olduğundan, bu xidmətin vacibliyi xüsusi qeyd olunmalıdır.

- Bəzi kovörkinq mərkəzləri hətta qonaqların qarşılanması (reseption) və poçt göndərişlərinin qəbulu xidmətini də təklif edir ki, bu isə öz növbəsində bu işlərin həyata keçirilməsi üçün lazım olan işçi xərcindən azad edir.

MİF VƏ REALLIQ: bir çoxları ofislərini digərləri ilə paylaşmaqdan, digər insanlarla birgə çalışmaqdan çəkinir, onların çalışarkən bir-birlərinə mane olacaqlarını düşünürlər. Xüsusilə son illərdə böyük şirkət və təşkilatların ofisləri üçün trend halını almış açıq məkan (open space) iş mühiti bu fikri tamamilə alt-üst etdi. Birgə çalışmağın üstünlüklərini görən insanlar fərdi fəaliyyətləri üçün kovörkinq mərkəzlərinə üz tutmaqdan da yan keçmədilər.

Əksər kovörkinqlərdə güclü daxili nizam-intizam qaydaları var. Bu qaydalar ofis üzvlərini digərlərinin işinə hörmətlə yanaşmağa, səssizliyə riayət etməyə dəvət edir. Bundan əlavə, kovörkinq mərkəzlərindən ofis kimi istifadə edən insanlar gündəlik ünsiyyətdə olduqları, tanışlıq qurmağa başladıqları üçün bir-birlərinin işinə maneçilik törətmək əvəzinə yardımlaşır, müxtəlif mövzuda dəstək alır, həyata keçirdikləri layihələri ilə bağlı fikir mübadiləsi aparırlar. Bu cür mərkəzlərdə xüsusi toplantı və görüş otaqları qonaq və ziyarətçilərinizi də rahat qarşılamağa, produktiv görüşlər aparmağa imkan yaradır. Bundan əlavə, dincəlmək və digər üzvlərlə çay-kofe fasiləsi etmək üçün nəzərdə tutulmuş məkanlarda gün ərzində qazandığınız yorğunluq və stressdən azad olmaq imkanı da var.   

KOVÖRKİNQ ŞƏBƏKƏ MƏNBƏYİDİR! 2007-ci ildə aparılan sosial araşdırmalara əsasən, müstəqil fəaliyyətlə məşğul olan və evdə çalışan insanlar, eyni zamanda, kiçik heyətli şirkətlərin nümayəndələri ünsiyyət çatışmazlığı və interaktiv əlaqələrdən əziyyət çəkir, getdikcə canlı ünsiyyət qabiliyyətlərini itirirlər. Bununla yanaşı, evdə çalışan professionallarda iradə zəifliyi, fikrin dağılması, qeyri-işgüzar hissin onları işlərindən ayırması faktı da öz təsdiqini tapmağa başladı. Beləliklə, yaranmaqda olan kovörkinq mərkəzləri bu problemlərin həlli kimi çıxış etməyə başladı. 

Kovörkinq bir çox peşəkarlara ev sahibliiyi etdiyi üçün onları bir araya gətirən mexanizm rolunu oynayır və faktiki olaraq onlar arasında professional bağlar yaradır. Beləcə üzvlər arasında hətta potensial əməkdaşlıq imkanları yaranır.

Beləliklə, kovörkinq müstəqil çalışmalarına baxmayaraq,  ortaq dəyərləri paylaşan, birgə çalışmaqdan sinerji əldə edən insanları bir araya gətirən bir platformaya çevrilir.

Ayşan Quliyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.