Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də respublikanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonuna gəlib.
Dövlət başçısı əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Görülmüş işləri yüksək qiymətləndirən prezident tapşırıq və tövsiyələrini verib.
Qəza nəticəsində “Peugeot” və “Mercedes” markalı avtomaşınlar toqquşub.
Ötən gecə Xətai rayonu Zığ şossesindən hava limanına doğru gedən yolda iki avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində “Peugeot” və “Mercedes” markalı avtomaşınlar toqquşub. Qəza zamanı nə sürücülər, nə də maşınlarda olan sərnişinlər arasında xəsarət alan olmayıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı “Peugeot”nun sürücüsü Zığ şossesi ilə hərəkətdə olan zaman yolu səhv salıb və avtomaşını arxaya hərəkət etdirməyə başlayıb. Bu zaman arxadan gələn “Mercedes” markalı avtomaşın qarşısına çıxan “Peugeot” ilə toqquşub.
Yol nəqliyyat hadisəsindən sonra əraziyə Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb ediliblər. Hər iki avtomaşının sürücüsü həkim müayinəsindən keçirilməsi üçün tibbi məntəqəsinə, qəzaya uğrayan avtomaşınlar isə cərimə dayanacağına aparılıb.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.
Bakıda gecə 14-16° isti, gündüz 25-27° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 50-55 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 8-13° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Temperaturun gecə 8-13° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Temperaturun gecə 10-15° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Temperatur gecə 9-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi qərb rayonlarında qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Temperaturun gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 14-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Ümumi sahəsi 163 kv.m olan 4 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 15 kv.m sahədə yanıb.
FHN-in rəsmi saytı məlumat verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 163 kv.m olan 4 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 15 kv.m sahədə yanmışdır.
Yanğın zamanı tüstülənmiş zonadan 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 8-də respublikanın 24 bölgəsində keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb.
Komissiyadan verilən məlumata görə, sınaq imtahanlarının nəticələri Komissiyanın internet saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" (Azercell nömrələrindən), "Cavab" (Bakcell nömrələrindən) və "Imtahan-info" (Nar Mobile) xidmətləri vasitəsilə də öyrənə bilərlər.
Sınaq imtahanları Bakı, Naxçıvan, Gəncə, Tovuz, Qazax, Şəki, Zaqatala, Yevlax, Mingəçevir, Lənkəran, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan və Salyan şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arrudanın etimadnaməsini qəbul etmişdir.
Səfir Sergio de Souza Fontes Arrudan fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətləri genişləndirmək və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək üçün qarşılıqlı marağın olduğunu dedi. Ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə daxil olduğunu vurğulayan Prezident İlham Əliyev siyasi əlaqələri genişləndirməyin, iqtisadi sahədə əməkdaşlığı gücləndirməyin önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyəcəklərinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.
Sergio de Souza Fontes Arrudan əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Səfir, ölkəsinin Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu dedi və Braziliyada keçiriləcək bir sıra beynəlxalq tədbirlərdə Azərbaycanın da iştirakının əhəmiyyətini vurğuladı. Diplomat ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Braziliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.
İstanbuldakı Lütfi Kırdar Konqres Mərkəzində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XV Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir. Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edir.
Zirvə Toplantısından əvvəl Azərbaycanın təşkilatçılığı ilə 48 ölkədən gəlmiş 300-dən çox prezident, baş nazir, nazirlər və hökumət nümayəndələrinin iştirak etdiyi “Azərbaycan gecəsi” keçirilmişdir. Gecədə “Evrovision-2011” mahnı müsabiqəsinin qalibləri Nigar Camal və Eldar Qasımovun, müğənni Tünzalə Ağayevanın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub. Gecənin iştirakçıları incəsənət ustalarımızın ifasını böyük maraqla qarşılayıblar. İstanbul valisi Hüseyn Mutlu Tünzalə Ağayevaya xatirə hədiyyəsi təqdim edib.
Zirvə Toplantısının açılışında UNESCO-nun baş direktoru İrina Bokovanın videomüraciəti göstərilib.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri İlham Əliyevin Zirvə Toplantısının iştirakçılarına müraciətini oxuyub.
Professor Əli Həsənov bildirib ki, 2001-ci ildən Azərbaycan 15 il əvvəl 7 ölkənin iştirakı ilə başlayan, indi isə iştirakçı dövlətlərin sayı 48-ə çatan bu Zirvə Toplantısında fəal iştirak edir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri olub. Prezident İlham Əliyev də keçən il bu vəqfin fəxri sədri seçilib. Dövlətimizin başçısı bu Zirvə Toplantısına da təbrikini göndərmişdir. Bu il 48 ölkədən 300-dən çox nümayəndə, o cümlədən prezident, baş nazir, nazirlər, millət vəkilləri və biznes strukturlarının təmsilçiləri “Azərbaycan gecəsində” iştirak etmiş, ölkəmizi daha yaxından tanıyıblar. Zirvə toplantılarının təkcə iştirakçısı deyil, eyni zamanda, təşkilatçısı da olan Azərbaycanın nümayəndə heyəti hər il mövzu dairəsi genişləndirilən bu toplantılarda istər tribunadan, istərsə də ikitərəfli görüşlərdə ölkəmizin haqq səsini çatdırır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, respublikamızın bölgədə həyata keçirdiyi transmilli layihələri gündəmə gətirir.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver bildirmişdir ki, Avrasiya İqtisadi Zirvə Toplantısı bu il bürünc ildönümünü qeyd edir. Hər il olduğu kimi, bu il də Azərbaycan Zirvə Toplantısının işində ən fəal ölkə kimi iştirak edir.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Monteneqro Prezidenti Filip Vuyanoviç, Makedoniya Prezidenti Gyorge İvanov, İstanbul valisi Hüseyn Mutlu, millət vəkilləri çıxış edərək Zirvə Toplantısının əhəmiyyətindən bəhs etmiş, tədbirin işinə uğurlar diləyiblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Zirvənin mədəniyyətlərarası dialoq toplantısında sədrlik və çıxış etmişdir. Şeyxülislam bildirib ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev islam dininin dəyərlərinə böyük diqqət yetirdikləri kimi, başqa dinlərin və etiqadların nümayəndələrinə də hər zaman qayğı ilə yanaşıblar. Təsadüfi deyil ki, bütün mötəbər beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan bu sahədə ən tolerant ölkə kimi göstərilir. Mədəniyyətlərarası dialoqun möhkəmlənməsi üçün bütün xalqlar, din xadimləri bir-biri ilə qarşılıqlı anlaşma şəraitində sıx əlaqələr qurmalıdırlar.
Toplantıda Azərbaycan Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov, təhsil naziri Misir Mərdanov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edirlər.
Zirvə Toplantısında professor Əli Həsənov və əməkdar jurnalist Xalid Niyazovun müəllifi olduqları “Avrasiya zirvələri: Azərbaycandan baxış” kitabı da nümayəndə heyətlərinə təqdim olunub. Kitabda ümummilli liderimiz Heydər Əliyev və Prezident İlham Əliyevin Avrasiya İqtisadi Zirvə toplantıları ilə bağlı materiallar, Azərbaycan nümayəndə heyətinin bu tədbirlərdə iştirakı əksini tapıb.
XV Avrasiya İqtisadi Zirvə Toplantısı öz işini aprelin 12-də İzmirdə davam etdirəcək. Enerji mövzusunda keçiriləcək bu tədbirdə Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərov çıxış edəcək. Həmin gün XV Zirvə Toplantısının işinə yekun vurulacaq, Azərbaycan nümayəndə heyətinin İzmirin iş adamları ilə görüşü keçiriləcək.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 14-də Moskvada keçiriləcək Milli Olimpiya Komitələrinin Baş Assambleyasında iştirak edəcəkdir.
Bu sözləri aprelin 11-də keçirilən brifinqdə “Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva demişdir.
Bildirmişdir ki, Azərbaycanın birinci xanımı, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva Rusiyanın paytaxtında min nəfər nümayəndə heyətinin iştirak edəcəyi Assambleyada Bakının 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyinə dair təqdimatla çıxış edəcəkdir. Ölkəmizin Moskvada yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını əlamətdar hadisə kimi qiymətləndirən K.Nurullayeva Assambleyada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bakının 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına dair təqdimat etməsinin böyük şərəf olduğunu diqqətə çatdırmışdır.
Vurğulamışdır ki, 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyimizin irəli sürülməsində məqsədimiz bu mötəbər tədbir vasitəsilə ölkəmizdə idmanın inkişafını daha da sürətləndirmək, sağlam həyat tərzini təbliğ etmək, gələcək nəsillər üçün möhtəşəm idman infrastrukturunu miras qoymaq və dünyaya nümunəvi Olimpiya Oyunları keçirməyə qadir olduğumuzu göstərməkdir.
Bakının bu prosesdə üstünlüklərini diqqətə çatdıran K.Nurullayeva, paytaxtımızın iqliminin beynəlxalq idman yarışları üçün əlverişli olduğunu demişdir. Bildirmişdir ki, Bakı və bütövlükdə ölkəmiz zəngin mədəniyyət, gözəl təbiət və qədim tarixə malikdir. Əksər dünya ölkələrinin iqtisadi böhran vəziyyəti yaşadığı dövrdə ən sürətli iqtisadi göstəricilərə malik Azərbaycanın paytaxtı Bakının namizədliyinin irəli sürülməsi məntiqlidir.
“TNS Global”ın keçirdiyi rəy sorğusuna görə, Azərbaycan əhalisinin 95 faizinin Bakının 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini dəstəklədiyini diqqətə çatdıran natiq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən imzatoplama kampaniyasının uğurla davam etdiyini diqqətə çatdırmışdır. Nəzərə çatdırılmışdır ki, hazırda ATGTİ tərəfindən 494 min imza toplanmışdır. Bunun 111 mini paytaxt, qalanı bölgələrin payına düşür.
K.Nurullayeva vurğulamışdır ki, Olimpiya və Paralimpiya Oyunları Bakıda keçirilərsə, bu, Azərbaycanın inkişafına təkan verəcək, həm də Beynəlxalq Olimpiya Hərəkatının genişlənməsinə səbəb olacaqdır. Bizim namizədliyimizin şüarı olan “Birlikdə bacarırıq” ifadəsi Azərbaycanın beynəlxalq Olimpiya ictimaiyyəti və bütövlükdə dünya ölkələri ilə dostluq və əməkdaşlığın inkişafına olan istəyini nümayiş etdirir. “Bakı-2020” Sifariş Kitabında təqdim etdiyimiz Olimpiya infrastrukturu isə ölkəmizin və regionun gələcək idman ehtiyaclarını tam ödəyəcəkdir. ATGTİ-nin sədri Şahin İsmayılov imzatoplama kampaniyasının uğurla davam etdiyini və vətəndaşlarımızın bu aksiyada yüksək fəallıq göstərdiyini diqqətə çatdırmışdır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinə Baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, “Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov və “Bakı-2020”-nin kommunikasiya direktoru Nərgiz Birk-Petersen daxildirlər.
Azərbaycanda bir neçə rayonun icra hakimiyyətinin başçısı dəyişdirilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Yardımlı rayon icra hakimiyyəti başçısı Xəzər Aslanov tutduğu vəzifədən azad edilərək Xızı rayonunun, Xızının icra hakimiyyəti başçısı Vaqif Abdullayev Beyləqan rayonunun, Beyləqan rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev isə Kürdəmir rayonunun icra hakimiyyətinin başçısı vəzifəsinə təyin ediliblər.
Prezidentin digər sərəncamı ilə Sevindik Hətəmov Yardımlı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, Fəxrəddin Məlikov isə Kürdəmir rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasında yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşasına həsr olunmuş Forumun iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir:
“Hörmətli Forum iştirakçıları! Sizi ölkəmizdə yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşasına həsr olunmuş Forumun öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə işlərinizdə uğurlar arzu edirəm.
On səkkiz il bundan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın yeni neft strategiyasının bünövrəsi qoyulmuş və respublikamızın uzunmüddətli inkişaf perspektivləri müəyyənləşdirilmişdir.
Ötən dövr ərzində ölkəmiz dünyada enerji daşıyıcılarının etibarlı təchizatçısı kimi tanınmışdır. Neft sahəsində nüfuzlu şirkətlərlə bağlanan sazişlər, tərəfdaşlıq müqavilələri və neft-qaz layihələrinə yatırılan sərmayələr öz bəhrəsini vermiş, qeyri-neft sektorunun inkişafına əlverişli zəmin hazırlamışdır.
Neft-qaz əməliyyatlarından əldə edilən gəlirlərin saxlanılması və səmərəli idarə olunması üçün ölkəmizdə Dövlət Neft Fondu yaradılmışdır. Uzun illərdən bəri tam şəffaf şəkildə fəaliyyət göstərən Fondun vəsaitləri xalqımızın rifah halının daha da yüksəldilməsi naminə ən zəruri layihələrin gerçəkləşdirilməsinə yönəldilir.
Neft strategiyasının hasilatı və nəqletmə sahələrində qazanılan nailiyyətlərin məntiqi davamı olaraq, bu gün əsas məqsədlərimizdən biri Azərbaycanda rəqabətə dayanıqlı, müasir standartlara cavab verən neft və neft-kimya məhsulları istehsal edəcək yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşa edilib istismara verilməsidir.
Əminəm ki, Forum çərçivəsində aparılan dolğun müzakirələr, geniş təhlillər və təcrübə mübadiləsi iqtisadi inkişaf istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsində əhəmiyyətli rol oynayacaqdır”.
Aprelin 11-nə Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 9-14° isti, gündüz 23-28° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 26-28° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-90 faiz, gündüz 65-70 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Temperaturun gecə 7-12° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Temperaturun gecə 5-10° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, gecə və axşam qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Temperaturun gecə 11-16° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 7-12° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 10-15° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.
Temperaturun gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Bakıda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib. Bu barədə Qaradağ Rayon Prokurorluğundan bildirilib.
Hadisə ötən gecə Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən şadlıq evlərindən birində qeydə alınıb. Toy mərasimində iştirak edən 56 yaşlı İsmayıl Abbasov qəfildən dünyasını dəyişib. Mərhumun ölümü ilə bağlı tibbi ekspertiza təyin edilib. İlkin məlumata görə o, ürək tutmasından ölüb. Ölümün dəqiq səbəbləri ekspertizanın rəyi açıqlanandan sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da paytaxtın Nərimanov rayonunda Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur.
Mərkəzdə həyata keçirilən işlərin hazırkı vəziyyəti barədə dövlətimizin başçısına məlumat verildi. Tikinti işlərinin ən müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirildi.
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində görülən işlərlə yaxından maraqlandı. Azərbaycan Prezidenti inşaat işlərinin aparıldığı ayrı-ayrı sahələri gəzdi, görülən işlərlə yerindəcə tanış oldu. İnşaatda istifadə olunan tikinti materialları barədə Prezident İlham Əliyevə məlumat verildi. Dövlət başçısı inşaat materiallarının keyfiyyəti ilə maraqlandı.
Qeyd edək ki, mərkəzin ərazisində yol-nəqliyyat və digər infrastruktur ən müasir standartlara uyğun şəkildə qurulacaq, ərazidə yaşıllıq zolaqları salınacaq. Buraya gələn qonaqların rahat gediş-gəlişini təmin etmək üçün müasir eskalatorlar quraşdırılıb.
Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin adını daşıyan müasir memarlıq nümunəsi müxtəlif beynəlxalq tədbirlərin, konfransların, müsabiqələrin, festivalların, sərgi, konsert və ziyafətlərin yüksək səviyyədə təşkil olunmasına imkan verəcəkdir.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev ətraf ərazilərin abadlaşdırılması ilə bağlı da müvafiq tapşırıqlarını verdi.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva humanitar sahədə fəaliyyətinə görə, “Birliyin ulduzları” (“Zvyozdı Sodrujestva”) dövlətlərarası mükafatına layiq görülüb.
Mükafatın təqdimetmə mərasimi aprelin 13-də, Moskvada, Rusiya Dövlət Kitabxanasının Paşkov Evində keçiriləcək.
Xatırladaq ki, bu mükafat MDB üzü olan ölkələrin Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis olunub. “Birliyin ulduzları” dövlətlərarası mükafatı hər il elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət sahəsində MDB ölkələri arasında humanitar əməkdaşlığa böyük töhfə vermiş şəxslərə təqdim olunur.
Təntənəli mərasimdə ötən il bu mükafata layiq görülmüş şəxslər, MDB ölkələrinin yaradıcı ziyalıları, MDB üzü olan ölkələrin Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun rəhbərləri, birlik ölkələrindən nazirlik və dövlət qurumlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri iştirak edəcəklər.
Zaqatala rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, rayonun Mosul kəndində Şahlıgül Əsəbova məxsus ümumi sahəsi 200 kv/m olan birmərtəbəli fərdi yaşayış evində yanğın olub. Hadisə yerinə Zaqatala YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb.
Yanğın nəticəsində evin 100 kv/m sahəsi və orada olan əşyalar yanaraq yararsız hala düşüb. Ev sahiblərindən xəsarət alan olmayıb.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklərə əsasən partiyaların maliyyələşdirilməsi prinsipini ədalətsiz sayır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin partiya təmsilçiləri ilə birgə keçirdiyi iclasda qanuna dəyişikliklərin müzakirəsi zamanı YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, qanunda təklif olunan dövlət maliyyələşməsinin mexanizmi YAP-ın maraqlarına uyğun deyil. Nəticə etibarı ilə Milli Məclisdə 11 partiyanın 84 deputatı təmsil olunur. Onların 71-i YAP-ın, 13-ü digər partiyaların üzvüdür.
Əli Əhmədovun sözlərinə görə, Milli Məclisdə deputatların 56 faizi YAP üzvləridir. YAP rəsmisi bildirib ki, dünyada tətbiq olunan təcrübəyə əsasən, YAP-a dövlət tərəfindən ayrılan maliyyə vəsaitinin 80-84 faizi verilməli idi. Lakin hazırkı mexanizmlə YAP-a 45,6 faiz çatacaq.
“Mən bu bölgünü ədalətli hesab etmirəm”, - Əhmədov qeyd edib.
Əli Əhmədov bildirib ki, ümumilikdə qanuna təklif olunan dəyişikliklər Azərbaycanda həyata keçirilən siyasi islahatların tərkib hissəsidir. Bu dəyişikliklər Azərbaycanda siyasi partiyaların daha səmərəli fəaliyyəti üçün etibarlı mexanizm yaradır.
Qeyd edək ki, qanuna edilən dəyişikliklərə görə, dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin 10 faizi, irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Parlamentində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünəcək.
Aprelin 6-7-də Bakıda altıncı Məktəblilərin Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası (İNEPO-AVRASİYA) keçirilib.
Olimpiada Təhsil, Ekologiya və Təbii sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti, “Çağ Öyrətim işlətmələri” şirkətinin, “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyinin təşkilatçılığı və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə təşkil olunub. Olimpiadanın məqsədi ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, məktəblilərdə ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaq, ekoloji şüuru inkişaf etdirmək, təbii, mədəni, tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaq, onları ekoloji məsələlərin həlli istiqamətində müxtəlif layihələrə cəlb etməkdir.
Ətraf Mühitin Mühafizəsi İNEPO-Avrasiya Beynəlxalq Layihə Olimpiadası ilk dəfə 17 ölkə məktəblilərinin iştirakı ilə 2007-ci ildə keçirilib və sonrakı illərdə ənənə halını alıb. Bu il 42 ölkədən 400-ə qədər şagird bu olimpiadada iştirak etmək hüququ qazanıb. Olimpiadaya təqdim edilən xarici ölkədən gələn 350 layihədən 130-u, Azərbaycan daxilindən isə 294 layihədən 60-ı münsiflər heyəti tərəfindən qiymətləndirilib. Olimpiadada bu il təmsil olunan ölkələr Əfqanıstan, Albaniya, Banqladeş, Belarus, Bosniya, Gürcüstan, İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan, Laos, Litva, Makedoniya, Malaziya, Myanmar, Nigeriya, Pakistan, Polşa, Rumıniya, Slovakiya, Tacikistan, Tailand, Türkiyə, Türkmənistan, Ukrayna, Vyetnam, Yəmən, Somali, Anqola, İngiltərə, Bolqarıstan, Zambiya, Niger, Şimali Kipr Türk Cumhuriyyəti, Rusiya, Misir, Monqolustan, Mozambik, Çexiya, Belçika, və Azərbaycandır. Bu il təşkil olunmuş Olimpiadada Azərbaycan üzrə 4 qızıl, 12 gümüş və 17 bürünc medal qazanılıb.
Olimpiada təşkilatçıları və jüri heyəti bu il olimpiada qaliblərinin təşəbbüsü və təklifi ilə təsis edilmiş “Ekoloji Mühitin Qorunmasına Görə” Xüsusi Beynəlxalq Şərəf Mükafatını Heydər Əliyev Fondunun vitse-prezidenti və İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevaya təqdim ediblər.
Aprelin 6-7-də Bakıda altıncı Məktəblilərin Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası (İNEPO-AVRASİYA) keçirilib.
Olimpiada Təhsil, Ekologiya və Təbii sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti, “Çağ Öyrətim işlətmələri” şirkətinin, “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyinin təşkilatçılığı və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə təşkil olunub. Olimpiadanın məqsədi ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, məktəblilərdə ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaq, ekoloji şüuru inkişaf etdirmək, təbii, mədəni, tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaq, onları ekoloji məsələlərin həlli istiqamətində müxtəlif layihələrə cəlb etməkdir.
Ətraf Mühitin Mühafizəsi İNEPO-Avrasiya Beynəlxalq Layihə Olimpiadası ilk dəfə 17 ölkə məktəblilərinin iştirakı ilə 2007-ci ildə keçirilib və sonrakı illərdə ənənə halını alıb. Bu il 42 ölkədən 400-ə qədər şagird bu olimpiadada iştirak etmək hüququ qazanıb. Olimpiadaya təqdim edilən xarici ölkədən gələn 350 layihədən 130-u, Azərbaycan daxilindən isə 294 layihədən 60-ı münsiflər heyəti tərəfindən qiymətləndirilib. Olimpiadada bu il təmsil olunan ölkələr Əfqanıstan, Albaniya, Banqladeş, Belarus, Bosniya, Gürcüstan, İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan, Laos, Litva, Makedoniya, Malaziya, Myanmar, Nigeriya, Pakistan, Polşa, Rumıniya, Slovakiya, Tacikistan, Tailand, Türkiyə, Türkmənistan, Ukrayna, Vyetnam, Yəmən, Somali, Anqola, İngiltərə, Bolqarıstan, Zambiya, Niger, Şimali Kipr Türk Cumhuriyyəti, Rusiya, Misir, Monqolustan, Mozambik, Çexiya, Belçika, və Azərbaycandır. Bu il təşkil olunmuş Olimpiadada Azərbaycan üzrə 4 qızıl, 12 gümüş və 17 bürünc medal qazanılıb.
Olimpiada təşkilatçıları və jüri heyəti bu il olimpiada qaliblərinin təşəbbüsü və təklifi ilə təsis edilmiş “Ekoloji Mühitin Qorunmasına Görə” Xüsusi Beynəlxalq Şərəf Mükafatını Heydər Əliyev Fondunun vitse-prezidenti və İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevaya təqdim ediblər.
Azərbaycanda 2015-ci ildə qaz hasilatının 30 mlrd. kubmetrə, 2025-ci ildə 50 mlrd. kubmetrə çatacağı gözlənilir.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
R.Abdullayevin sözlərinə görə, həmin dövrdə Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayacaq. «Avropanın qaza olan tələbatının 2020-ci ildə 70%-ni, 2030-cu ildə isə 88%-ni xarici mənbələr hesabına ödəniləcəyi ilə bağlı proqnozları nəzərə alsaq, Azərbaycanın bu sahədə rolu böyük olacaq. Hazırda ARDNŞ dünyanın 30 ölkəsinə neft məhsulları ixrac edir və şirkət gələcəkdə ixrac coğrafiyasını daha genişləndirəcək», - deyə R.Abdullayev bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Kelleri diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrin geniş sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri münasibətlərimizin yaxşı əlaməti kimi dəyərləndirdi. Qabriel Kellerin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Fransa arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev səfirin ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.
Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi işində iştirakından məmnunluğunu bildirən Qabriel Keller Prezident İlham Əliyevin əlaqələrimizin möhkəmləndirilməsinə verdiyi töhfənin önəmini qeyd etdi.