Sumqayıtda yanğın: 30 nəfər təxliyyə edildi
11 aprel, 2012 15:51
Ümumi sahəsi 163 kv.m olan 4 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 15 kv.m sahədə yanıb.
FHN-in rəsmi saytı məlumat verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 163 kv.m olan 4 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 15 kv.m sahədə yanmışdır.
Yanğın zamanı tüstülənmiş zonadan 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.