Azərbaycanda bir neçə rayonun icra hakimiyyətinin başçısı dəyişdirilib
11 aprel, 2012 08:52
Azərbaycanda bir neçə rayonun icra hakimiyyətinin başçısı dəyişdirilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Yardımlı rayon icra hakimiyyəti başçısı Xəzər Aslanov tutduğu vəzifədən azad edilərək Xızı rayonunun, Xızının icra hakimiyyəti başçısı Vaqif Abdullayev Beyləqan rayonunun, Beyləqan rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev isə Kürdəmir rayonunun icra hakimiyyətinin başçısı vəzifəsinə təyin ediliblər.
Prezidentin digər sərəncamı ilə Sevindik Hətəmov Yardımlı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, Fəxrəddin Məlikov isə Kürdəmir rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.