Azərbaycanda toy mərasimində ölüm hadisəsi baş verib
11 aprel, 2012 06:25
Bakıda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib. Bu barədə Qaradağ Rayon Prokurorluğundan bildirilib.
Hadisə ötən gecə Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən şadlıq evlərindən birində qeydə alınıb. Toy mərasimində iştirak edən 56 yaşlı İsmayıl Abbasov qəfildən dünyasını dəyişib. Mərhumun ölümü ilə bağlı tibbi ekspertiza təyin edilib. İlkin məlumata görə o, ürək tutmasından ölüb. Ölümün dəqiq səbəbləri ekspertizanın rəyi açıqlanandan sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.