Azərbaycanda demokratiya gələcək nəsillər tərəfindən də həyata keçiriləcək daimi inkişaf mərhələsində qalacaq. Bunu Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov "The Wall Street Journal Europe" qəzetində dərc edilən məqaləsində bildirir.
"Hər bir növbəti parlament və prezident seçkiləri əvvəlkindən daha yaxşı olacaq. Müxalifət qəzetləri hər gün hökuməti daim tənqid edə bilər və edirlər. Azərbaycanlılar sosial mediada canlandırılmış siyasi müzakirələrdə iştirak edirlər. Toplantıların keçirilməsi hüququna Avropa ölkələri də daxil olmaqla başqa dövlətlərlə bərabər səviyyədə zəmanət verilib. Biz tələb edirik ki, siyasi nümayişlər icazə verilmiş yerlərdə keçirilməlidir. Biz əvvəlki kimi hesab edirik ki, demokratiyanın ən yaxşı beşiyi sabit fəaliyyət göstərən dövlətdir", - Məmmədyarov məqaləsində yazır.
Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Ciorcio Napolitanoya başsağlığı məktubu göndərib. Məktubda bildirilir: “Hörmətli cənab Prezident, ölkənizin şimalında baş vermiş zəlzələnin doğurduğu insan tələfatı və ciddi dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.
Azərbaycanın Şamaxı rayonunda torpaq sürüşməsi nəticəsində dağılmış fərdi yaşayış evlərinin əvəzinə yenilərinin tikintisinə başlanıb.
Şamaxı rayon Fövqəladə Hallar Komissiyasının sədri Qasım Qasımovun verdiyi məlumata görə, müvafiq orqanların apardığı araşdırmalar nəticəsində şəhər də daxil olmaqla, 20 kənddə 412 evin qəzalı vəziyyətə düşdüyü müəyyənləşib. Şamaxı şəhəri də daxil olmaqla 6 kənddə 30 evin tikintisi üçün vəsait ayrılıb. Hazırda Göylər, Çaylı, Quşçu və s. kəndlərdə 14 evin tikinti prosesi gedir.
Rayonun Sağyan kəndində isə tikinti işləri üçün ayrılmış sahədə geoloji kəşfiyyat işləri apararkən həmin ərazinin uçquna meylli olduğu qərarına gəlinib. Bu səbəbdən də hazırda Sağyan kəndinin başqa bir ərazisində tikintiyə başlamaq üçün geoloji kəşfiyyat işləri aparılır. Kəşfiyyat işləri başa çatdıqdan sonra ərazidə 16 evin tikintisinə başlanacaq. Q. Qasımovun sözlərinə görə, bu ilin sonuna kimi Şamaxı rayonunda 30 evin tikintisi başa çatdırılacaq.
Mayın 21-də ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO-nun Sammiti çərçivəsində dövlət və hökumət başçılarının Əfqanıstan üzrə görüşü olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmişdir.
NATO-nun sayca 25-ci sammiti 13 illik fasilədən sonra yenidən ABŞ-da keçirilmişdir. Dünyanın 28 ölkəsinin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri toplantıda 2014-cü ilin sonunadək beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması və bundan sonra ölkədə vəziyyətə nəzarətin milli təhlükəsizlik qüvvələrinə verilməsi ilə bağlı hərəkət strategiyası müzakirə olunmuşdur.
Görüşü açan NATO-nun baş katibi Anders Foq Rasmussen bildirdi ki, bu gün burada Əfqanıstan dövlətinin və əfqan xalqının gələcəyi müzakirə edilir.
Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstandakı fəaliyyətindən danışan NATO-nun baş katibi qeyd etdi ki, bu qüvvələr terror ilə mübarizədə fəal rol oynamışlar. Hazırda Əfqanıstanda NATO qüvvələrinin səlahiyyətlərinin ölkə polisinə və Hərbi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə həvalə olunması prosesi davam edir.
ABŞ Prezidenti Barak Obama da görüşdə çıxış edərək Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərəfindən Əfqanıstanda həyata keçirilən əməliyyatları yüksək qiymətləndirdi və bildirdi ki, alyansın iki il əvvəl Lissabon Sammitində qəbul olunmuş qərara əsasən, NATO qüvvələrinin səlahiyyətlərinin yerli təhlükəsizlik qüvvələrinə verilməsi prosesinə başlanmışdır. Əfqanıstanın 75 faiz ərazisinə artıq əfqanlar özləri nəzarət edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev də görüşdə çıxış etdi.
Dövlətimizin başçısı Azərbaycanın ilk illərdən Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasında bütün səylərini ortaya qoyduğunu vurğuladı. Azərbaycanın bu sahədə alyansın ən fəal üzvlərindən biri olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz Əfqanıstanda öz hərbçilərinin iştirakı ilə sülhyaratma missiyasını davam etdirir. Eyni zamanda, Azərbaycan əfqan hərbçilərinin müxtəlif sahələrdə hazırlanması və treninqlərin keçirilməsi ilə Əfqanıstana öz töhfəsini verir.
Prezident İlham Əliyev dedi ki, Azərbaycan Əfqanıstana öz yardımını 2014-cü ilədək davam etdirəcək, lazım gəldikdə ondan sonra da əlindən gələni əsirgəməyəcəkdir.
Görüş başa çatdıqdan sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Mayın 23-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-29° isti olacaq.
Azərbaycanın rayonlarında mayın 23-də hava gündüz əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 16-21i, gündüz 26-31, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.
Yaxın 2 gündə gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mayın 23-də arabir güclənən qərb küləyi əsəcək.
“Eurovision” mahnı müsabiqəsi fonunda aparılan anti-Azərbaycan təbliğatının kökündə erməni lobbisi dayanır”.
Bunu Milli Məclisin (MM) iclasında parlamentin sədri Oqtay Əsədov deyib. O bildirib ki, İranda başlanan əks-təbliğatın ssenarisi barədə əvvəlcədən Ermənistan saytlarında məlumat verilirdi: “Bununla bağlı dəqiq dəlil-sübutlar var. 2-3 il əvvəl İranın rəsmi şəxslərindən biri Milli Məclisdə qonaq idi. Müzakirələrdən sonra səmimi söhbət zamanı ona bildirdim ki, sizin Konstitusiyada belə bir maddə var: zəif ölkələrə maddi yardım etmək. Soruşdum ki, bu maddə Ermənistan üçün nəzərdə tutulub? O cavab verdi ki, yox, “Qurani-Kərim”də zəiflərə yardım etmək nəzərdə tutulub və biz də bunu qanunvericiliyə salmışıq. Ondan soruşdum ki, bəs siz niyə eyni dini daşıyan ölkələrə bu yardımı etmirsiniz?”
O. Əsədov qeyd edib ki, İran böyük və qonşu dövlətdir: “Amma biz İranda bizə qarşı aparılan siyasət səviyyəsinə düşməməliyik”.
Milli Məclisin bugünkü iclasında Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi ilə bağlı layihə müzakirə olunub.
Qəsəbənin adı dəyişdirilərək Natəvan qoyulub. Bundan başqa, "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunub və müvafiq dəyişikliklər edilib.
Elxan Süleymanov: “Qərara əsasən, siyasi məhbuslarla bağlı iddiaların monitorinqi Avropa Şurasında “siyasi məhbus” anlayışının meyarları hazırlandıqdan sonra keçirilə bilər”
Parisdə mayın 21-də AŞPA Hüquq məsələləri və İnsan hüquqları Komitəsinin iclası keçirilib. İclasda Komitənin 28 üzvünün “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” mövzusunda məruzələrin bölünməsinə dair müraciəti müzakirə edilib. Bu barədə AŞPA-nın qeyd edilən Komitəsinin üzvü, millət vəkili Elxan Süleymanov məlumat verib.
Millət vəkili bildirib ki, hazırkı müzakirələr bütövlükdə Avropa Şurası üçün xüsusi əhəmiyyət kəsb edir: “Belə ki, siyasi məhbus məsələsi 10 ildən artıq müddət ərzində Avropa Şurasında ciddi müzakirə və mübahisələr obyekti oluB. Bu mübahisələrin kökündə isə “siyasi məhbus” anlayışının beynəlxalq-hüquqi təbiətinin qeyri müəyyən olaraq qalması, onun hüquqi meyarlarının müəyyən edilməməsi, problemlə bağlı Avropa Şurasında üzv dövlətlərin bərabər hüquqlara malik olması prinsipinin pozulması durur.
Aparılan işlər nəticəsində Avropa Şurasında siyasi məhbus məsələsi ətrafında gərginlik 2005-ci ildən səngidi, Azərbaycanda siyasi məhbus məsələləri üzrə xüsusi məruzəçi mandatı ləğv edildi. Lakin bəzi qüvvələrin səyləri nəticəsində məsələ yenidən gündəliyə gətirildi, 2009-cu ildə “Azərbaycanda siyasi məhbus məsələsinin izlənilməsi” və “Siyasi məhbus anlayışının müəyyən edilməsi” məruzələrinin birləşdirilməsi barədə qərar qəbul edildi, bu məruzələrin hazırlanması isə Kristof Ştrasserə həvalə edildi. Beləliklə, Avropa Şurası çərçivəsində siyasi məhbus məsələsi bir deputatın mövqeyindən asılı vəziyyətə düşdü”.
Millət vəkilinin sözlərinə görə, Komitə 2011-ci ilin oktyabr ayında yenidən məsələyə baxıb, məruzənin adının dəyişdirilərək, AŞ üzv dövlətlərində “Siyasi məhbus məsələlərinə yenidən baxılması” adlandırılması barədə qərar qəbul edib: “Lakin Kristof Ştrasser “siyasi məhbus” anlayışının hüquqi meyarlarının təyin edilməsinə ehtiyacın olmadığını və siyasi məhbusların yalnız Azərbaycanda izlənilməsi iddiasını israrla davam etdirdi. Nəhayət, Ştrasserin təşəbbüsü ilə hüquq məsələləri Komitəsi 2012-ci ilin yanvarında məsələ ilə bağlı dinləmələr keçirdi. Dinləmələrə Ştrasser tərəfindən dəvət edilmiş Azərbaycanın tanınmış hüquq müdafiəçiləri “siyasi məhbus” anlayışının meyarlarının olmadığını diqqətə çatdırdılar. Çıxış edən Komitə üzvlərinin mütləq əksəriyyəti siyasi məhbusların izlənilməsi və “siyasi məhbus” anlayışının müəyyən edilməsi məruzələrinin bölünməsinin vacibliyini ön plana çəkdilər”.
Elxan Süleymanov bildirib ki, məsələ ətrafında, yaranmış problemli vəziyyətdən çıxış məqsədilə AŞPA-nın Hüquq məsələləri Komitəsinin 28 üzvü 10 may 2012-ci ildə bu Komitənin sədri cənab Kristofer Çopa və Katibliyə müraciət göndəriblər. Parlamentarilər öz müraciətlərində Komitənin 21 may 2012-ci il tarixdə keçiriləcək iclasında “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” mövzusunda məruzələrin bölünməsi məsələsinin gündəliyə salınmasını və səsverməyə çıxarılmasını xahiş ediblər”.
Millət vəkili vurğulayıb ki, prosedur qaydalarına əsasən məsələ 21 may 2012-ci il tarixli iclasın gündəliyinə daxil edilib: “Müzakirələr zamanı çıxış edən Komitə üzvləri öz həmkarlarını məsələ ilə bağlı obyektivlik nümayiş etdirməyə və məsələnin həlli istiqamətində real irəliləyişlərə nail olaq üçün Komitə üzvlərinin məruzələrin siyasi məhbusların izlənilməsi və “siyasi məhbus” anlayışının müəyyən edilməsi məruzələrinin bölünməsi barədə müraciətini dəstəkləməyə çağırdılar. Səsvermə nəticəsində məruzələrin bölünməsi barədə tarixi qərar qəbul edildi”.
Elxan Süleymanov bu qərarın qəbul edilməsini eyni zamanda Avropa Şurasına üzv dövlətlərin bir ailədə birləşdiyi Avropa məkanında Avropa dəyərlərinə və qanunun aliliyinə hörmət edilməsi istiqamətində atılmış addım kimi qiymətləndirib. Ştrasserin Azərbaycana dair məruzə hazırlaması məsələsinə aydınlıq gətirən millət vəkili deyib ki, Komitənin bu qərarına əsasən, Avropa Şurasında ilk növbədə “siyasi məhbus” anlayışının meyarları hazırlanmalı və plenar iclasda qətnamə qəbul edilməlidir: “Yalnız bundan sonra üzv ölkələrdə siyasi məhbus olmaları iddia edilənlərin izlənilməsi həyata keçirilə bilər. Odur ki, Hüquq məsələləri Komitəsinin bu gün qəbul olunan qərarı Avropa Şurasında yeni səhifənin açılması kimi qiymətləndirilə bilər”.
Mayın 21-də ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO-nun Sammiti çərçivəsində dövlət və hökumət başçılarının görüşü olub.
Bu görüşdə iştirak edən Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.
Görüş başa çatdıqdan sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır. Bəzi yerlərdə zəif duman olacaq. Temperatur gecə 16-21° isti, gündüz 26-30° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 12-17°, gündüz 27-32° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır. Arabir duman olacaq. Temperaturun gecə 7-12°, gündüz 18-23° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır. Arabir duman olacaqdır. Temperaturun gecə 15-18°, gündüz 26-30° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır. Arabir duman olacaqdır. Temperaturun gecə 12-16°, gündüz 24-29° isti, dağlarda gecə 7-12° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 17-22°, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dağlarda duman olacaqdır. Temperaturun gecə 17-21° isti, gündüz 26-31° isti, dağlarda gecə 13-17° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz: Mayın 22-dən 24-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Çikaqoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzzetbekoviç ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. İkitərəfli əməkdaşlığın müxtəlif sahələrdə yaxşı nəticələr verdiyi bildirildi və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.
Mayın 20-də ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Monteneqronun Baş naziri İqor Lukşiç ilə görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı. Siyasi sahədə əlaqələrimizin möhkəmlənməsinin digər sahələrdə, o cümlədən iqtisadi istiqamətdə əməkdaşlığın genişlənməsinə təkan verdiyi bildirildi.
Energetika, turizm, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulanan görüşdə əlaqələrimizin bundan sonra da genişləncəyinə əminlik ifadə edildi.
ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında münasibətlərin son dövrlərdə inkişafından məmnunluq ifadə olundu. Azərbaycan-Sloveniya əlaqələrinin iqtisadi, xüsusilə də enerji, sərmayə qoyuluşu sahələrində və müxtəlif layihələrdə birgə iştirakı baxımından əhəmiyyəti qeyd edildi.
Tərəflər ölkələrimiz arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində daha da genişlənməsinin yaxşı potensialı olduğunu vurğuladılar.
Bəzi dairələr Cənubi Qafqazda Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərindən narahatdır və onu pozmağa çalışır. Buna görə də David Qareci monastırının hansı ərazidə yerləşməsi məsələsini gündəmə gətirirlər. Bunu mətbuat konfransında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, Azərbaycan və Gürcüstan arasında SSRİ zamanı məlum sərhədlər var idi, müstəqillik illərində isə bu sərhədlərin delimitasiyası işləri aparılıb və həmin kilsənin ərazisinin Azərbaycana aid olduğu, Azərbaycan tərəfdən həmin ərazinin qorunmalı olduğu təsdiqlənib.
Onun sözlərinə görə, bunu Gürcüstanın bir sıra dini qrupları gündəmə gətirib və bu məsələni şişirtməyə çalışır.
Əli Həsənov deyib ki, bəzən Azərbaycanda da bir qrup şəxslər Borçalı məsələsini dilə gətirirlər, lakin biz BMT tərəfindən təsdiq olunmuş ərazi vahidlərinə sadiq qalırıq.
“Heç bir ərazi dəyişməsindən söhbət gedə bilməz. Biz Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşırıq”, - PA rəsmisi qeyd edib.
XİN-in mətbuat katibi Elman Abdullayev isə mətbuat konfransında deyib ki, Gürcüstanla Azərbaycan arasında bu məsələ ilə bağlı heç bir problem yoxdur. O qeyd edib ki, bu məsələ xarici işlər nazirləri tərəfindən də müzakirə olunub. Bu məsələyə hüquqi tərəfdən baxılmalıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət barədə məlumat açıqlayıb. Bu gün Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 65-105, Lənkəran-Astara bölgəsi çaylarında 100-140, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20-25 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 417 kubmetr/saniyə olmaqla, ongünlük normanın 60 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 280 kubmetr/saniyə olmaqla, ongünlük normanın 141 faizini təşkil edir. Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 403, Şirvanda 277, Salyanda 228, Bankədə 232, Araz çayının Novruzlu məntəqəsində isə 116 santimetr təşkil edir.
Mayın 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Şimal küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 26-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava gündüz əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 22-dən 24-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşməyə həssas və çətin bitmə şəraitinə malik Bayıl yamacında sürüşmənin qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirib.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib ki, yamacın 60 ha ərazisində quraqlığa davamlı və estetik görkəmə malik 156 min ağac və kol əkilib. Bütün ərazidə xüsusi texnologiya üzrə dik yamaclarda adi yolla mümkün olmayan təbii yaşıl ot örtüyü yaradılır. Ağaclar üçün müasir damcılı, ot örtüyü üçün isə toz şəklində səpilən suvarma sistemlərinin qurulması işləri tamamlanmaq üzrədir.
Nazir hesab edir ki, bu da suvarmanın ancaq torpağın üst qatında cəmləşərək, sürüşməyə təsir etməməsi üçün vacibdir.
Bağırovun sözlərinə görə, gələcəkdə yarana biləcək su qıtlığı probleminin öhdəsindən effektli gəlmək üçün yeni yanaşmalar və texnologiyalar vacib rol oynayacaq. Bu baxımdan, tükənməyən mənbə olan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün yüksək texnologiyaya əsaslanan zavod və müasir tinglikdən ibarət kompleksin yaradılması üzrə pilot layihənin icrası istiqamətində işlər davam etdirilir.
Nazir əlavə edib ki, modul tipli su təmizləyici qurğulardan ibarət 17 stansiyanın istismara verilməsi nəticəsində Xəzər dənizinin ətraf mühitinin mühafizəsi sistemi yaradılıb. Bununla da təxminən 100 km sahilboyu ərazidən dənizin çirklənməsinin qarşısı alınıb.
Azərbaycan dövləti Bakıya gəlmiş bütün qonaqların təhlükəsizliyinə tam təminat verir. Bunu bazar ertəsi "Eurovision 2012"-yə həsr olunmuş mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
"Azərbaycan hakimiyyəti ölkənin ictimai-siyasi təhlükəsizliyi ilə bağlı bütün qabaqlayıcı tədbirləri görüb. Biz bunu yalnız "Eurovision" üçün deyil, il boyu öz vətəndaşlarımızı qorumaq üçün görürük, lakin "Eurovision" mahnı yarışması zamanı xüsusi gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb", - Həsənov deyib.
PA rəsmisi qeyd edib ki, dövlətimiz bütün sahələrdə bu yarışmaya ciddi hazırlaşıb, bütün lazımi tədbirləri görüb.
"Bütün müvafiq qurumlar, bütün nəqliyyat infrastrukturu tam hazır vəziyyətə gətirilib və yarışmanın başlamasına hazırdır", - Həsənov deyib.
NATO-nun Sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşmüşdür.
Görüşdə Azərbaycan - Gürcüstan əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyə Respublikasının Prezidenti Abdullah Gül ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq bildirildi, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Dövlət başçıları ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi apardılar.
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfərə gəlmişdir.
Dövlətimizin başçısının şərəfinə Çikaqo şəhərinin “Oʼ Hare” Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi ABŞ-ın rəsmi şəxsləri qarşıladılar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühit Kampaniyası çərçivəsində mayın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında resurs mərkəzinin açılış mərasimi olmuşdur.
Mərasimdə IDEA Ətraf Mühit Kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri, Akademiyanın rəhbərliyi və tələbələr iştirak etmişlər.
Leyla Əliyeva resurs mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Resurs mərkəzi ilə tanış olan Leyla Əliyevaya məlumat verildi ki, burada müasir texnologiyalar, zəruri elektron və elmi vasitələr istifadəyə verilmişdir. Mərkəz tələbələrin təhsil imkanlarını genişləndirməklə yanaşı, yaşadığımız planetin gələcəyi haqqında indidən düşünməyə, fikir mübadiləsi aparmağa və zəruri biliklər əldə etməyə imkan yaradacaqdır.
Diqqətə çatdırıldı ki, resurs mərkəzi gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsinə, yeni fəaliyyət istiqamətlərinin seçilməsinə, onların gələcək peşəkar həyata daha fərqli düşüncə ilə qədəm qoymasına mühüm töhfə verəcəkdir. İnsanlar kiçik yaşlarından ətraf mühitlə bağlı biliklərə yiyələnməli, özləri üçün davranış qaydaları müəyyənləşdirməlidirlər.
Eyni zamanda, gənclərin ətraf mühitlə bağlı elmi tədqiqatlara cəlb edilməsi, müxtəlif treninqlərin təşkili, diskussiya xarakterli görüşlərin keçirilməsi, maarifləndirici işin aparılması mərkəzin qarşısında duran əsas vəzifələrdəndir. Yaşadığımız planet məhdud resurslara malikdir və biz onların optimal istifadə yollarını arayıb dünya ictimaiyyətinin bu məsələyə həssaslığının təmin edilməsinə öz töhfəmizi verməliyik.
IDEA Ətraf Mühit Kampaniyası mahiyyət etibarilə milli çərçivəni aşaraq qlobal xarakter almışdır. Ətraf mühit sərhəd tanımır. Milli sərhədlər çərçivəsində atılan hər hansı bir addım bəşəriyyətin gələcəyini hədəfə alır. Kampaniya xüsusi ictimai maraq doğuran "davamlı inkişaf" konsepsiyasını rəhbər tutaraq, inkişafla ətraf mühitin harmoniyasının təmin edilməsinin zəruriliyinin önə çəkilməsi haqqında həyəcan təbili çalır. İnsanların mövcud inkişaf xüsusiyyətləri gələcək nəsillərin öz ehtiyaclarını ödəmək imkanlarına zərər yetirməməlidir.
Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olan Leyla Əliyeva Akademiyanın kollektivinə uğurlar arzuladı.
Mayın 19-da İçərişəhərdəki Kiçik Karvansarada ənənəvi “Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalının başa çatmasına həsr edilmiş mərasim keçirilmişdir.
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.
Mədəniyyətlərarası dialoqa xüsusi töhfə verən “Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız qalası” Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilir.
“Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalı Azərbaycanın ən qədim və dünya əhəmiyyətli abidələrindən olan Qız qalasının təbliğini qarşısına məqsəd qoymuşdur.
UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş və paytaxtımızın rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılması məqsədilə keçirilən builki incəsənət festivalında 24 ölkədən 30-dan çox tanınmış rəssam iştirak etmişdir. Onlar qalanın kiçik maketlərini öz milli üslublarında naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaratmışlar.
Əvvəlki festivallardan fərqli olaraq nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nə diqqəti cəlb etmək məqsədilə bu il ilk dəfə olaraq, İDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası çərçivəsində ceyran maketləri hazırlanmışdır. Həmin maketlər ötən illərdəki müsabiqələrdə iştirak etmiş və artıq festivalın dostları hesab olunan rəssamlar tərəfindən bəzədilmişdir.
Bu işlər sırasında yer alan Mehriban xanım Əliyevanın və Leyla Əliyevanın əsərləri iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.
Festivalda sərgilənən işlərlə yaxından tanış olan Mehriban xanım Əliyevaya məlumat verilmişdir ki, hər il iştirakçı rəssamların müxtəlif ölkələri təmsil etməsi festivalın əhatə dairəsini genişləndirərək mədəniyyətlərarası dialoqa mühüm töhfə verir.
Müəlliflər öz əsərlərinin ideya məzmunu haqqında Mehriban xanım Əliyevaya ətraflı məlumat vermişlər.
Azərbaycan prezidenti İlham Əliyev NATO-nun sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfərə gedib.
Dövlət başçısının şərəfinə Çikaqo şəhərinin “O Hare” Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan prezidentini ABŞ-ın rəsmi şəxsləri qarşılayıblar.